Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı özbək dilində dərc edilib.
Fact-info.az xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir.
İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli vəhşətidir. Kitabda 1992-ci il fevralın 26-sının - o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik. Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr olunub".
Qeyd edək ki, kitabın öz sözünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, Prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Baxış sayı: 180
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
