Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün planın müxtəlif aspektləri üzərində işləyir.
Fact-info.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan “TRT World” telekanalına müsahibəsində deyib.
"Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən rolu oynamağa və Ukraynanın bərpasına töhfə verməyə hazırdır. Amma hər şeydən əvvəl atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır. İndi Amerika administrasiyası, avropalılar və biz atəşkəs və sülh nizamlanması üçün bu mümkün planın müxtəlif aspektləri üzərində işləyirik", - deyə XİN rəhbəri bildirib.
H.Fidan qeyd edib ki, indiki mərhələdə atəşkəsin necə təmin olunması və onun daimi olması məsələləri araşdırılır.
Baxış sayı: 115
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
