FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əcnəbi media Azərbaycan kəlağayısından yazıb
15-02-2025, 12:30 | MƏDƏNİYYƏT
Əcnəbi media Azərbaycan kəlağayısından yazıb

Britaniyada dünyanın aparıcı ixtisaslaşmış nəşrlərindən olan “Hali” jurnalında “Heads Held High” adlı material dərc edilib. Məqalədə örpəyin Azərbaycan xalqının milli kimliyinin simvoluna çevrilməsi və ənənə kimi zamanla necə yeniləndiyi barədə araşdırma təqdim edilib. Bu geniş materialın müəllifi Smitson İnstitutunun Milli Təbiət Tarixi muzeyinin antropoloq-tədqiqatçısı, muzeyin Asiya mədəniyyəti tarixi proqramının direktoru və Asiya, Avropa və Yaxın Şərq etnologiya şöbəsinin kuratoru Pol Maykl Teylordur.

Fact-info.az-ın xəbərinə görə, məqalədə qeyd olunub ki, “Azərbaycan kəlağayısı (ipək qadın baş örtüyü) qədimdən ənənəvi Azərbaycan geyiminin məşhur elementlərindən olub, Azərbaycan milli kimliyinin vacib simvoludur. 2014-cü ildə kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Bu parçalar, onların istehsalı və simvolikası haqqında ingilis dilində çox az məlumat mövcuddur. Buna görə də ənənəvi Azərbaycan baş örtüyünün istehsalı barədə dünyanın aparıcı ixtisaslaşmış elmi nəşrində etnoqrafiya, etnobiologiya, dilçilik antropologiyası, incəsənət və Asiyanın maddi mədəniyyəti üzrə çoxsaylı elmi kitab və məqalələrin müəllifi, iyirmi bir muzey sərgisinin (beş virtual sərgi də daxil olmaqla) kuratoru və etnoqrafik filmlər üzrə məsləhətçi-antropoloq Pol Maykl Teylor tərəfindən ətraflı məlumatın təqdim edilməsini Azərbaycan mədəniyyətinin təbliği sahəsində qazanılan növbəti qələbələrdən hesab edilə bilər. Azərbaycan kəlağayısının tarixi nümunələrini həm ölkəmizdə, həm də ölkə xaricində böyük muzey və kolleksiyalarda tapmaq olar.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, ölkəmizin xalq tətbiqi ənənəvi sənətinə bu cür böyük və hörmətli nəşrin diqqət yetirməsi sevindirici haldır. Bu, bir daha sübut edir ki, bizim incəsənət dünya incəsənətinin ayrılmaz hissəsidir.

“Azərbaycan haqlı olaraq, zəngin mədəniyyəti ilə fəxr edir. Ölkə tarixən qədim “İpək yolu”nun bir hissəsi olub və məqalədə də qeyd olunduğu kimi XIII əsrdə Marko Polonun səfərinə kimi artıq ipəkçiliyin mühüm mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istərdim ki, Pol Maykl Teylor dəfələrlə Azərbaycanda olub. Çünki, o, kəlağayının hazırlanması ilə bağlı bütün incəlikləri yerində öyrənməyin tərəfdarı olub. Bundan başqa onun xahişi ilə ona bu mövzuda ədəbiyyat göndərmişik. Deyə bilərəm ki, Pol Azərbaycana vurğun bir insandır. “Hali” jurnalındakı məqaləsi də buna sübutdur. Jurnalın böyük nüfuzu mühüm mükafatlarla müqayisə edilə bilər. Bu da bizim üçün qürur mənbəyidir”, - deyə Əminə Məlikova qeyd edib.

2018-ci ildə nəşr olunan “Kəlağayı sənəti” kitabına istinad edən Teylor məqalədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın fikirlərindən də misal gətirib.

Kəlağayının istehsal olunduğu ərazi ilə aralarında olan incə nüanslara toxunan müəllif vurğulayır ki, bəzək naxışları və rəng seçimi, hətta hazır şərfin qatlanma üsulu belə xüsusi məna daşıyır.

Məqalədə müəllif həm də hesab edir ki, “Azərbaycan milli kimliyi üçün kəlağayının özəlliyini ölkənin təsviri incəsənətində də görmək olar”.

Teylor qeyd edir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ənənəvi sənətlərin bərpa olunması və inkişafına xüsusi diqqət ayırıb, özəlliklə də kəlağayı istehsalı bu istiqamətdə atılan mühüm addım olub ki, bu da yenilikçi ideyaları ilə seçilən gənc rəssamları cəlb edib. Müəllif nümunə olaraq Azərbaycan rəssamı Fərhad Fərzəlinin yaradıcılığını misal çəkib. O, Basqal emalatxanalarına baş çəkdikdən sonra kəlağayıya həsr olunmuş silsilə rəsmlər çəkib və 2014-cü ildə BƏƏ-nin paytaxtı Şarjada İslam İncəsənəti Festivalında nümayiş etdirib.

“Hali” jurnalı 1978-ci ildən Londonda dərc olunur. Burada əsasən mütəxəssis araşdırmaları və ekspertlərin fikirləri, xalçaçılıq sahəsində yeniliklərə həsr olunmuş məqalələr dərc edilir.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30