Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraanı təbrik edib.
Fact-info.az xəbər verir ki, Suriya xalqının rifahı naminə məsul fəaliyyətində Əhməd əl-Şaraaya uğurlar arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm”.
Prezident İlham Əliyev Əhməd əl-Şaraaya ən xoş arzularını çatdırıb, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Baxış sayı: 70
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
