FACT-INFO.AZ » XƏBƏR » Telekanallarda şou proqramlar və məsuliyyətli davranış məsələsi
14-02-2025, 20:00 | XƏBƏR
Telekanallarda şou proqramlar və məsuliyyətli davranış məsələsi
Etiraf etmək lazımdır ki, internet məkanı nə qədər inkişaf etsə də, televiziya öz gücünü saxlaya bilir. İnternet medianın, sosial şəbəkələrin belə sürətlə inkişaf etdiyi məqamda müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Amma kimin necə qəbul etməsindən asılı olmayaraq, televiziya hər bir kəsin düşüncəsində müəyyən iz qoyur.
14 fevral Azərbaycanda televiziyanın yaranma günündə bəzi narahatedici məqamlara yenidən nəzər salmaq istərdim. Teleməkanda ciddi problemlər hələ də qalmaqdadır. Ümumiyyətlə, telekanal tamaşaçıya ağıl öyrətmək yox, maarifçilik işi ilə bərabər hər evə xoş aura gətirməlidir. Qıcıq doğuracaq yüngül şoularla, maraqsız və baxılması qəliz olan seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.
Yaxşı sənət, gözəl musiqi, bəşəriyyətə xidmət edən elm əslində sərhəd tanımır. Hər bir xalqın sərvətinə çevrilir. Təəssüf ki, indi telekanallar strateji cəhətdən millətə ziyan gətirəcək verilişlərə üstünlük verirlər. Ailə, məişət məsələləri, arvad boğuşmaları və digər ər-arvad çəkişmələri televiziya verilişinin müzakirəsinə çevrilməməlidir. Əgər belə problemlər mövcuddursa, onun həlli ilə məşğul olan dövlət qurumları var. Deməli, həmin dövlət qurumları öz işi ilə layiqincə məşğul olmadığına görə, bu rüsvayedici məsələlər televiziyada gündəmə gətirilir. Peşəkar teletəndiqin və hər hansı hüquqi məsuliyyətin olmaması, millətin və dövlətin strateji maraqlarına zərbə vuracaq ailə məsələlərinin telekanallarda müzakirəsinə rəvac verir.
Burada tv-lərin məqsədi belə həssas məqamları ortalığa atmaqla geniş auditoriya toplamaq və çoxlu reklamlar əldə etməkdir. Bu gün təəssüf doğuran odur ki, belə verilişlər bu yolla auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur.
Düşünürəm ki, dövlətimiz bu qorxulu tendensiyanın aradan qaldırılması istiqamətində təcili addımlar atmalıdır. Həmçinin reklam bazarının inkişafı və peşəkar səviyyədə tənzimlənməsi ilə bağlı zəruri işlər görülməlidir. Reklam məsələsi geniş mövzudur. Bu strateji sahə geniş araşdırılmalı və problemlər həll olunmalıdır.
Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram hazırlaması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq, teleticarət işini quraraq əsas milli strateji hədəflərə doğru getmək mümkündür.
Əkrəm Bəydəmirli
Baxış sayı: 225
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Dünən, 19:30
Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub
Dünən, 18:00
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib
Dünən, 16:30
Sovet repressiyasının əhatə dairəsi
Dünən, 14:00
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib
Dünən, 13:30
Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır
Dünən, 12:00
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib
Dünən, 10:30
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq
Dünən, 09:30
ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək
Dünən, 09:30
Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
Dünən, 09:30
Mənim içimdəki oxunmamış kitab
2-11-2026, 18:30
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
2-11-2026, 18:00
Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
2-11-2026, 17:30
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
2-11-2026, 16:30
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
2-11-2026, 16:30
İKTA regionlar üzrə internet sürətini açıqlayıb
2-11-2026, 11:00
Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir
2-11-2026, 10:30
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
2-11-2026, 09:30
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri
2-11-2026, 09:00
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
2-11-2026, 08:30
Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb
1-11-2026, 15:30
“Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
1-11-2026, 13:30
“Mənim Abşeronum: Üstə gəl” sərgisi
31-10-2026, 12:30
Qubadlıda ilk su elektrik stansiyası tikilir
31-10-2026, 12:00
Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır
31-10-2026, 12:00
Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
30-10-2026, 21:00
Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
30-10-2026, 20:00
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
30-10-2026, 19:30
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
30-10-2026, 17:30
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir
30-10-2026, 12:00
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
