FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İstanbulun tarixi kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edilib
13-02-2025, 16:30 | MƏDƏNİYYƏT
İstanbulun tarixi kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edilib

Mədəniyyət Nazirliyinin layihəsi əsasında xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri tərəfindən yerli kitabxanalara ölkəmizə dair ana dilimizdə və təmsil olunduğumuz ölkələrin dillərində nəşrlər hədiyyə edilir, Azərbaycanla bağlı elmi fondlar zənginləşdirilir. Bu çərçivədə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulun ən böyük elm məkanlarından biri, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki tarixi Rami Kitabxanasına milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımıza dair Azərbaycan və Türkiyə türkcəsində zəngin kitab kolleksiyası hədiyyə edilib.

Fact-info.az xəbər verir ki, nəşrlərin təqdimatı ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Rami Kitabxanasının müdiri Ali Çelikin iştirakı ilə görüş keçirilib.

Ali Çelik digər bənzəri məkanlardan fərqli olaraq daha böyük və yeni konseptlə təşkil olunan bu kitabxanada həm Türkiyə, həm də Azərbaycan dillərində ölkəmizə dair nəşrlərə ciddi ehtiyacın olduğunu bildirib.

O, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihə əsasında bu ilin aprelində kitabxanada “Azərbaycan Günü”nün təşkil olunacağı və burada ölkəmizə dair nəşrlərin təqdimatının keçiriləcəyini deyib.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri, Türk dünyası ədəbiyyatının banilərindən olan Nizami Gəncəvi yaradıcılığına dair beynəlxalq konfransın təşkili, eləcə də açıq havada Azərbaycan klassik musiqisi və muğamlarından ibarət konsert proqramının keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Samir Abbasov öz növbəsində Rami Kitabxanası ilə birgə layihə çərçivəsində bu elm mərkəzinin səsli kitabların hazırlanması bölməsində Azərbaycan xalq nağıllarının səsli versiyalarının ərsəyə gətirilməsi ilə bağlı razılığın əldə edildiyini deyib.

O, bu təşəbbüsün ədəbiyyat nümunələrimizin təbliği və türk uşaqlara Azərbaycan folklorunun tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycana dair yeni nəşrlər kitabxananın fonduna təqdim edilib.




Baxış sayı: 145
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30