FACT-INFO.AZ » İQTİSADİYYAT » Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi mütləq açılacaq
12-02-2025, 19:00 | İQTİSADİYYAT
Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi mütləq açılacaq

Naxçıvanla Azərbaycanın qərb rayonları arasındakı dəhliz bu və ya digər şəkildə mütləq istifadəyə veriləcək. Bu məqsədlə Ermənistan və ya İran üzərindən marşrut seçilə bilər. Bütün bunlar davam edən danışıqların mövzusudur.

Fact-info.az xəbər verir ki, bu fikirləri “CNN Türk” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi ilə bağlı Bakı ilə İrəvan arasında dialoqla yanaşı, İrandan keçən alternativ marşrut da gündəmdədir. “Bu məsələ azərbaycanlı qardaşlarımızın nəzarətindədir. Ankara da bu prosesi izləyir”, -deyə Türkiyənin nəqliyyat naziri əlavə edib.

Uraloğlu qeyd edib ki, Türkiyə həm də Azərbaycan və Ermənistan arasında danışıqların tezliklə başa çatmasında və sülh sazişinin imzalanmasında maraqlıdır.

Türkiyəli nazir bildirib: “Əlbəttə, gündəliyi irəli sürərkən dövlətlərin milli təhlükəsizliyi məsələlərini nəzərə almaq vacibdir. Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılması bizim üçün vacibdir”.

Uraloğlu daha sonra Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkərək, Avropa ilə Asiya arasında malların tədarükü üçün bu marşrutun mövcud alternativlər arasında ən sərfəli, təhlükəsiz və qısa yol olduğunu vurğulayıb. O deyib: “Orta Dəhliz boyunca çatdırılma müddəti 18 gün ərzində qiymətləndirilir. Həmçinin 14 günlük son müddət də açıqlanıb. Qeyd etmək istərdim ki, Türkiyənin yerləşdiyi məkan Avrasiyada ticarət tədarükü marşrutları üçün ən əlverişlidir”.




Baxış sayı: 175
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30