FACT-INFO.AZ » CƏMİYYƏT » Sükuta dalmış həqiqət işığında
12-02-2025, 13:30 | CƏMİYYƏT
Sükuta dalmış həqiqət işığında
İllər ötsə də millətsevər, ləyaqətli insanlara mənim hər zaman ehtiramım olub. İsmixan Rəhimov belə şəxslərdən biridir. Onun çox ahıl yaşında dövlət başçısı tərəfindən mükafatlandırma videosunu yenidən izlədim. Müsbət haldır ki, bütün repressiya ağrılarına baxmayaraq, o, qürurla yaşadı və urvatlı bu dünyadan köçdü.
İsmixan Rəhimov kim idi?
Dünyada hər zaman gənclər arasında azad düşüncə, mütərəqqi yeniliklərə meyllik olub. Qapalı rejim olan sovet dönəmində, xüsusilə, II Dünya müharibəsi dövründə də Azərbaycan gəncliyində bu prosesin baş verdiyi bəllidir. Həmin gənclər “İldırım” adlı təşkilat yaradıblar. Bu qurumu yaradanların fikirləri, ideyaları, totalitar rejimin ən qəddar istintaq orqanlarına verdiyi mübariz əhval-ruhiyyəli cavabları diqqəti cəlb edir.
Totalitar rejim dövründə çox ciddi araşdırmalardan sonra təşkilat üzvləri həbs edilir. 1945-ci ilin yanvarında ekspertlər müəyyən ediblər ki, təşkilatın aparıcı üzvlərindən biri, o zaman APİ –nin aspirantı İsmixan Məmməd oğlu Rəhimovdur.
“İldırım”-çıların ən fəal üzvlərindən biri İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşğul idi. O, 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olub. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası sovet rejim tərəfindən həbs edilib və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə instituta qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olub. Onu da qeyd edək ki, İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilib.
İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1945- ci ildə və 1944- cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək sovet dövlətinin siyasətinə qarşı çıxmış, milli siyasətini pisləmişdilər. "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almışdılar.
Bu mubariz, fədakar insanın istintaq materiallarına qısaca nəzər salaq.
1948-ci ilin sentyabrın 27-də 1-ci dindirilmə:
Sual: Siz antisovet fəaliyyətinizə görə həbs olunmusunuz?
İsmixan Rəhimovun cavabı: Mən antisovet fəaliyyəti ilə məşğul olmamışam və bu barədə deməyə sözüm yoxdur. 1944-cü ildə ADU-nun filologiya fakültəsində mənimlə oxuyan Gülhüseyn Abdullayevlə birlikdə bir təşkilat yaratmaq istədik. Bu elə bir təşkilat olmalı idi ki, Azərbaycanın müstəqilliyi haqqında çalışsın. Bu gün bizim Konstitusiyamızda dövlət dili Azərbaycan dilidir. Amma bütün dövlət idarələrində rus dili əsas dil kimi istifadə olunur. Ona görə də dövlət idarələrində çalışanların əksəriyyəti ruslar olub. (Yəqin rus dillilər nəzərdə tutulub. Ə. B,) Odur ki, çoxlu sayda azərbaycanlı kadrlar yetişə bilmir. Biz elə bir Azərbaycan Respublikası nəzərdə tuturuq ki, orada kəsirlər olmasın. Bütün idarələrdə Azərbaycan dilində sənədləşmə aparılsın. Dünya mədəniyyətinin ən yaxşı nümunələrinə ana dilimizdə nail olmaq istəyirik.
Sonrakı didirilmə 1948-ci ilin sentyabrın 28-də baş tutur. (DTX-nin arxiv sənədləri) Milli düşüncə sahibi olan İsmixan Rəhimovun sonrakı cavablarında da heç bir təzyiqin, repressiyanın onu sındırmadığını hiss edirik. Ağır istintaq altında bu insan oz mübarizliyini, milli dəyərlərə sadiqliyini bir daha qoruyub saxlaya bilir. Bu insanların azad düşünsəsi milli kimlik uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq, müstəqillik ideyalarının ilk işatılarından olub. Bütün məhrumiyyətlərə baxmayaraq, azadlıq ideyalarını şüurlara yaşadan və milli qüurunu qoruyub saxlayan belə insanları geniş auditoriya tanımalıdır.
Onu da qeyd edək ki, pedaqoq və tərcüməçi kimi fəaliyyət göstərdiyi Azərbaycan Dillər Universitetində İsmixan müəllimin adına auditoriya açılıb. Universitetin rektoru Kamal Abdulla qeyd edib ki, məhz universitet üçün əlamətdar hadisə baş veririb. Azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək”.
Professor Rəfail Hüseynov (“Bakı” qəzetinində çap olunmuş “Ömür neqativindən kadrlar” məqaləsində) yazırdı: “Baxtın sərt üzünü, dövrün boz sifətini görmüş bu insanlar taleyin bütün zərbələrinə mətanətlə sinə gəriblər. Zamanın ən ağır günlərində, dövrün insanı çiyridən bataqlıqlarında belə ləyaqətlərini, dəyanətlərini hifz edə biliblər. 40-cı illərdə qurmaq, yaratmaq eşqi ilə həyatlarında ilk addımlarını atanda da, Sibir səhralarında keçən fərəhsiz, ümidsiz, mühdiş illərdə də, bəraət alıb yenidən qaynar, diri həyata qoşulduqları vaxtda da onlar daxilən pak, əməllərində saf olublar”.
Yekunda onu da qeyd edim ki, repressiya tariximizlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün ötən il “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının 1- hissəsini çap etdirdik. Dəstək olan hər kəsə təşəkkürlər.
Əkrəm Bəydəmirli
Baxış sayı: 465
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır
Dünən, 19:30
Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir
Dünən, 19:00
Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
Dünən, 18:30
Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
Dünən, 17:00
Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil
Dünən, 16:30
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dünən, 14:00
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Dünən, 12:00
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
Dünən, 11:30
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik
Dünən, 08:30
Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
Dünən, 08:30
Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında
23-11-2026, 16:30
Prezident İlham Əliyev Trampa təşəkkür edib
23-11-2026, 16:00
TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir
23-11-2026, 15:00
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
23-11-2026, 15:00
Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
23-11-2026, 14:30
Qlobal bazarlarda narahatlıq davam edir
23-11-2026, 13:30
Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib
23-11-2026, 11:00
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti
23-11-2026, 11:00
Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb
23-11-2026, 09:00
İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz
23-11-2026, 09:00
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik
21-11-2026, 12:30
Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür
21-11-2026, 11:00
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
21-11-2026, 11:00
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib
21-11-2026, 11:00
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
20-11-2026, 20:00
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb
20-11-2026, 19:00
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
20-11-2026, 12:30
Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar
20-11-2026, 12:30
Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb
20-11-2026, 11:00
QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20-11-2026, 09:30
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
