FACT-INFO.AZ » XƏBƏR » Qərb müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti qurumlarını casus şəbəkəsinə çevirib
12-02-2025, 13:30 | XƏBƏR
Qərb müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti qurumlarını casus şəbəkəsinə çevirib

Qərb dövlətləri uzun illər ərzində dünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxilə yolu ilə öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradıblar. Onlar bunu “yumşaq güc” mexanizmləri hesab edirlər, hərçənd bunlar heç də “yumşaq” yox, kifayət qədər sərt siyasi alətlərdir. USAID, NED, “Soros Fondu”, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency International” kimi təşkilatlar məhz belə alətlərdəndir və uzun illərdir ki, onların “fəaliyyəti” Azərbaycan cəmiyyətinə də yaxşı tanışdır. Qərb bu təşkilatlar vasitəsilə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bəzi şəxsləri, siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumlarını, medianı humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında maliyyələşdirərək, əslində, öz maraqlarına xidmət edən casus şəbəkələrinə çevirib.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, uzun illərin təcrübəsi göstərir ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları daimi əsasda ölkəmizdə gedən siyasi proseslərə pozucu müdaxilələr etməyə cəhdlər göstəriblər və imkan yarandıqca bunu təkrarlayıblar.

“Humanitar yardım adı ilə girdikləri ölkələrdə onlar manipulyativ mühit formalaşdırmaqla cəmiyyətləri olduqca təhlükəli və məkrli hədəflərə istiqamətləndirib və ayrı-ayrı ölkələrin dövlətçiliyini zəiflətməyə, hətta dövlət çevrilişləri həyata keçirməyə və bu yolla həmin ölkələrdə, yaxud bölgədə öz maraqlarını təmin etməyə çalışıblar”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, USAID dünyanın yüzdən çox ölkəsində guya iqtisadiyyatın, səhiyyənin, təhsilin, demokratiyanın inkişafı, münaqişələrin qarşısının alınması kimi proseslərdə humanitar yardımın göstərilməsi ilə məşğul olduğunu bildirir. Hər il ABŞ federal büdcəsinin təxminən 1 faizi bu təşkilatın proqramlarının maliyyələşdirilməsinə ayrılsa da, əslində, USAID işlədiyi bütün ölkələrdə elan etdiyi məramdan kənar fəaliyyətlərlə məşğul olub və siyasi proseslərə pozucu təsir göstərməyə çalışıb.

C.Feyziyev bildirib ki, USAID açıq-aşkar Ermənistana havadarlıq edərək Azərbaycana qarşı separatizmi və revanşizmi təşviq etməkdə və maliyyələşdirməkdə birbaşa iştirak edib. Bizim illər ərzində dediklərimizi indi ABŞ-ın yeni Prezidenti Donald Tramp və onun komandası da təsdiqləyir. Dövlət idarəçiliyinin səmərəliliyinə cavabdeh olan ABŞ hökumətinin üzvü İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb.

Deputat hesab edir ki, bu kimi təşkilatların fəaliyyətinə xitam verilməsi qanunauyğundur və zəruridir. Bunu təkcə biz yox, həm də vaxtilə bu təşkilatı yaratmış ABŞ-ın rəhbərliyi deyir.

Bakıda fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətinin dayandırılmasına da toxunan C.Feyziyev bir neçə il öncə Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasını xatırladaraq deyib: “Söz verilsə də, həmin təşkilatın Rusiya Federasiyası tərəfindən yenidən qeydiyyata alınması bu günə qədər həyata keçirilməyib. Strateji tərəfdaşlıq fəaliyyəti birtərəfli yox, qarşılıqlı olmalıdır”.




Baxış sayı: 140
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031