Ukrayna böhranı regional çərçivədən çıxaraq qlobal təhlükəsizlik problemlərini gündəmə gətirib.
Fact-info.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutski TASS agentliyinə bildirib.
"Ukrayna böhranı regionun hüdudlarını aşıb və Qərb mərkəzli dünya nizamının neokolonial mahiyyətini ifşa edib," - deyə Slutski qeyd edib. O böhranın həlli üçün yeni bir "Minsk-3" formatında danışıqların keçirilməsinin mümkünlüyünə şübhə ilə yanaşıb.
Slutskiyə görə, Minsk razılaşmaları artıq tarixə çevrilib və bu prosesdən dərs çıxarmaq vacibdir. O 2015-ci il fevralın 11-nə keçən gecə aparılan uzun danışıqları xatırladaraq bildirib ki, 2022-ci ilə qədər bu razılaşmanın 13 bəndindən heç biri yerinə yetirilməyib.
"Fevralın 24-də baş verənlər Qərbin qlobal hegemoniyasını qorumaq ümidlərini darmadağın etdi," - deyə Slutski vurğulayıb. Onun sözlərinə görə, Qlobal Cənub ölkələri artıq Rusiyanın tərəfindədir və birlikdə onlar dünya əhalisinin əksəriyyətini təşkil edirlər.
Baxış sayı: 190
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
