Prezident İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Prezident Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
Fact-info.az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.
Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.
İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”.
Azərbaycan Prezidenti belə bir xoş gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
Baxış sayı: 185
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
