"Araz yolu" Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni daha da asanlaşdıracaq.
Bu fikirləri İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian ötən gün Bakıda İran İslam İnqilabının qələbəsinin 46-cı illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası isə hazırda daha sürətlə davam etdirilir.
Ağayi Mərian deyib ki, iki ölkə arasında açılışı edilən və hazırda həyata keçirilən birgə layihələr, o cümlədən, Şimal-Cənub dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi və s. kimi infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr İran Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbər verir.
İranlı rəsmi bildirib ki, əldə edilən razılaşmaya əsasən, İran ərazisindən keçən "Araz yolu" adlanan yeni və etibarlı marşrut yaxın gələcəkdə Azərbaycan Respublikasının iki hissəsi arasında (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) əlaqəni daha da asanlaşdıracaq.
Baxış sayı: 175
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
