19-6-2025 3:26
FACT-INFO.AZ » XƏBƏR » Gənclər cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir
10-02-2025, 11:30 | XƏBƏR
Gənclər cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir

Ötən əsrin əvvəllərində Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlər yoxdan bir dövlət qurub onu gəncliyə etibar etilər.Ondan sonrakı mərhələdə Azərbaycan gəncliyi üzərinə düşən vəzifənin öhtəsindən şərəflə gəldilər. Dövlətin ehtimadını xalqın hörmətini qazandılar.

Bu gün gənclərimiz xoşbətdirlər ki, Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Gənclərlə bağlı məsələ aktual olaraq qalır.Bu da onunla əlaqədardır ki, gənclər həmişə cəmiyyətin aparıcı qüvvəsi rolunda çıxış edirlər.Birmənalı şəkildə qeyd etmək mümkündür ki, çoxmilyonlu gənclər ordusu ölkəmizin iqtisadi inkişafında, müstəqilliyimizin möhkəmlənməsində, mədəniyyətimizin zənginləşməsində mühüm rol oynayırlar. Xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər gətirib və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, bizim cəmiyyətimiz möhkəm tellərlə öz ənənələrinə bağlıdır.

Qloballaşan dünyada bu amil böyük əhəmiyyət kəsb edir və xalqımızın identikliyini təmin edir. Məlumdur ki, Avropa məkanında milli-mənəvi dəyər, nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur. Azərbaycan xalqı isə, qeyd etdiyimiz kimi, öz ənənələrinə və keçmişdən gələn dəyərlərinə böyük hörmətlə yanaşır. Nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluq müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biridir. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir.

Bunu gözü götürməyən bəzi məkirli üzdən iraq düşmənlər Avropaya sığınarq müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. Gəncləri pis vərdişlərə sövq edirlər. Qərbə inteqrasiya adı altında zərərli təsirləri təbliğ edirlər. Bu həm onların xarici görünüşündə, həm də davranış və xarakterlərində özünü göstərir. Günlərini saytlarda, bəzən hətta qadağan edilmiş saytlarda keçirən, sosial şəbəkələrdən qopa bilməyən gənclər zorakılıq, antihumanizm,böyüklərə qarşı hörmətsizlik kimi mənfi xüsusiyyətlər əxz edirlər. Bununla da həyatının ən gözəl vaxtını əldən verirlər.

Bu barədə cəmiyyətdə kompleks işlər aparılmalıdır. İlk öncə məktəblərdə, kollec və universitetlərdə maariflənmə işləri aparılmalıdır. Tanınmış alimlərlə, yazıçılarla görüşlər təşkil edilməli, bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaqlı, humanist olmaq böyüklərə hörmət etmək, vətənpərvər olmaq aşılanmalıdır. 44 günlük Vətən müharibəsindəki Zəfərimizi bizə qazandıran Şəhid və Qazilərimiz gənclər arasında daha geniş təbliğ olunmalıdır.Belə insanlardan nümunə götürmək zərurətini hər bir gənc duymalıdır. 

Televiziyalarda, qəzetlərdə, saytlarda təbliğat işi qurulmalı, Qərbin zərərli adət-ənənələri tənqid edilməli, gəncləri bu təsirdən qorumaq üçün hər bir kəs səfərbər edilməlidir. Və əlbəttə ki, əsas söz ağsaqqalların olmalıdır. Tanınmış simalar, Müharibə və Əmək Vereranları mütəmadi olaraq ən müxtəıif tribunalardan gənclərə ünvanlanan mesajlar verməli, öz şərəfli ömür yollarını onlara örnək gətirməlidirlər. Ot kökü üstündə bitər. İnanıram ki, gənclərimiz ötəri təsirlərə uymayacaq, öz gözəl dəyərlərimizi mental xüsusiyyətlərimizlə inkişafa doğru gedəcəklər. Bu gün Ali Baş Komandan, Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində gənclərimizin mümkün olan xarici risklərdən qorunmasına nail oluruq. Bununla paralel olaraq,iqtisadi gücümüz, hərbi qüdrətimiz artır. Ölkəmiz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedir. 

Ulu öndər Heydər Əliyev  respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli, vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdı. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir.

Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi,mədəni həyatına,dövlət idarəçiliyinə cəlb olunmaları,fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun təşkil edilməsi bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətən pərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürmüşdür. Bu gün qürurla, iftixarla etiraf edə bilərik ki, onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. 2007-ci ildən bəri icra olunan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsil alıb. Həmin proqramın həyata keçirilməsi nəticəsində yüksəkixtisaslı kadr potensialı formalaşıb,öz sahəsində hərtərəfli biliyə yiyələnən çoxlu gənc xaricdə təhsil alandan sonra doğma Vətənə qayıdıb. Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihələr həyata keçirilib. Həmin proqramlar gənclərin yaradıcı və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.  44 günlük Vətən müharibəsində gənclərimiz şanlı tarix yazdılar.

Ölkəmiz Dəmir yumruğun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini sübut etdi.Ali Baş komandan,Prezident cənab İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi:"Bu Dəmir Yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik!”Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən gənclər Aprel döyüşlərində qazanılmış qələbənin davamını gətirdilər.Haqq savaşı günlərində gənclər həm ön,həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq.Gənclərimiz düşmən təxribatlarına qarşı sosial media platformalarında informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Eyni zamanda könüllü gənclər şəhid və qazilərin ailələrinə dəstək göstərib, yaralı hərbçilərin yanında oldular.

Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz bu gün sərhədlərimizin keşiyində dayanır, ictimai asayişi qoruyur.Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. İdman sahəsində böyük qələbələr qazanırlar, iqtisadiyyatın müxtəlif istiqamətlərində, dövlət təşkilatlarında çalışırlar. Gənc alimlərimiz elmi potensialımızı gücləndirirlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu danılmazdır. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında və sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhda olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır.İnkişaf prosesi gənclərlə paralel olaraq irəliləyir, çünki onlar cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir. Gənclər, yalnız gələcəyin liderləri deyil, həm də bu günün sosial, mədəni və iqtisadi inkişafında fəal iştirak edən tərəflərdir. Onların fərqli dünyagörüşləri, innovativ ideyaları və dinamizmi, inkişafı sürətləndirən mühüm amillərdir.

Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 




Baxış sayı: 190
Tramp: Mən yalnız bir şey istəyirəm — İranın nüvə silahı ola bilməz Dünən, 21:00 Azerbaijan Media Development Agency issues statement on biased remarks by Russian TV host Vladimir Solovyov Dünən, 19:00 Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb Dünən, 18:00 Azərbaycanın Milli Qəhrəmanı - şəhid polkovnik-leytenant Şirin Mirzəyevin anım günüdür Dünən, 16:30 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb Dünən, 15:00 “Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir” kitabının yazılışı yekunlaşıb Dünən, 14:30 Şuşa Bəyannaməsi Türk birliyinin, regional sabitliyin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təcəssümüdür Dünən, 12:30 Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib Dünən, 11:00 Antonio Quterreş: Nifrət ritorikası cəmiyyətin quyusuna atılan zəhərdir Dünən, 11:00 Böyük Qayıdış: Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb Dünən, 08:00 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib 17-06-2025, 17:00 На суде по делу Рубена Варданяна заслушаны показания потерпевших 17-06-2025, 17:00 Victims' testimonies heard at Ruben Vardanyan's trial 17-06-2025, 16:00 İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub 17-06-2025, 15:00 Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib 17-06-2025, 15:00 Bakıda “Fintex Sammit 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək 17-06-2025, 11:30 İran ABŞ-la danışıqları bərpa etmək üçün şərtini açıqlayıb 17-06-2025, 11:00 Əcnəbi media Azərbaycanın xarici siyasət prioritetlərindən yazıb 17-06-2025, 11:00 Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur 17-06-2025, 08:30 Ərdoğan: Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır 17-06-2025, 07:30 Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib 16-06-2025, 15:30 Şəhid Salman Cəfərovun xatirəsi yad edildi! 16-06-2025, 15:30 Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran-İsrail qarşıdurmasında tərəfləri təmkin nümayiş etdirməyə çağırıb 16-06-2025, 15:30 Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub 16-06-2025, 12:00 "İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib" - Pezeşkian 16-06-2025, 12:00 Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb 16-06-2025, 10:30 Ərdoğan Suriyanın regional münaqişədən kənarda qalmasının vacib olduğunu deyib 15-06-2025, 19:30 Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi 15-06-2025, 16:00 Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub 15-06-2025, 11:00 Azərbaycanda Milli Qurtuluş Günüdür 15-06-2025, 10:30
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30