Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Asiman Əliyev və Zaur İsmayılzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a bildirilib ki, çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqları müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıblar.
Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosüjetlər nümayiş etdirilib.
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
