FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir
8-02-2025, 18:30 | SİYASƏT
Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir

Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir.

Fact-info.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqunda iştirak edir.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.

Qeyd edilib ki, liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə ("AMAN-25") isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.

“Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.

Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən "AMAN-25" çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.




Baxış sayı: 155
Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir Bu gün, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib Bu gün, 18:00 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Bu gün, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Bu gün, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Bu gün, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub Dünən, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib Dünən, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib Dünən, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib Dünən, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Dünən, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq Dünən, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib Dünən, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" Dünən, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib Dünən, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30 “Özbəkistan çoxvektorlu xarici siyasətini davam etdirəcək” 28-08-2026, 19:00 “Özbəkistan çoxvektorlu xarici siyasətini davam etdirəcək” 28-08-2026, 19:00 İşğaldan Zəfərə, Zəfərdən Böyük Qayıdışa 28-08-2026, 11:00 ​“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı keçirilib 28-08-2026, 10:30 Astanada Azərbaycanın milli incəsənəti təqdim olunub 28-08-2026, 09:30 Yalçın Rəfiyev İƏT xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirak edib 28-08-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930