FACT-INFO.AZ » SİYASƏT » Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir
7-02-2025, 18:30 | SİYASƏT
Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 4-cü kitabı çapdan çıxıb.

Fact-info.az xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il avqustun 11-dən oktyabrın 3-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibləri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, demokratik yeniləşmə, iqtisadi islahatların aparılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması, daxili və xarici siyasətin başlıca istiqamətləri əksini tapıb. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı keçid mərhələsini yaşayırdı, bu sahədə mövcud imkanlardan lazımınca istifadə edilmədiyi üçün irəliləyiş müşahidə olunmurdu. 1994-cü il avqustun 11-də respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə nitq söyləyən Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə yaxşı nəticələrə nail olmağın mümkünlüyünü bildirərək deyib: “Azərbaycan Respublikasının iqtisadi potensialı, təbii sərvətləri, sənaye potensialı, infrastrukturu və digər imkanları çox zəngin, çox güclü, çox yüksək səviyyədədir. Əgər biz bütün bunlardan səmərəli istifadə etsək, yaxşı nəticələrə nail olarıq. Bu, bizim strateji yolumuzdur. Biz bu yolla getməliyik. Amma biz hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışaraq respublikamızın iqtisadiyyatını inkişaf etdirməli və eyni zamanda, adamları işlə təmin etməliyik, bunun nəticəsində maliyyə vəziyyətimizi yaxşılaşdırmalıyıq, vətəndaşlarımızın tələblərini, heç olmasa minimum tələblərini ödəməliyik və Azərbaycanı tədricən böhran vəziyyətindən çıxarmalıyıq”.

Ulu Öndər Heydər Əliyev xalqımızın dini dəyərlərini yüksək qiymətləndirirdi. 1994-cü il avqustun 26-da Mövlud bayramı münasibətilə Bakıda Təzəpir məscidindəki mərasimdə çıxış edən Ümummilli Lider deyib: “İslam dini əsrlərboyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-Kərimin kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz bu yolla gedirik və bundan sonra da gedəcəyik”.

Ümummilli Lider Heydər Əliyevin çıxışları o dövrdə Azərbaycanın vəziyyəti haqqında dolğun təsəvvür yaradır: “Azərbaycan müharibə şəraitindədir. Müharibəni Azərbaycan başlamamışdır. Azərbaycanın torpaqlarına, onun suverenliyinə, ərazi bütövlüyünə Ermənistan təcavüz etmişdir. Beləliklə də Azərbaycan müharibəyə cəlb olunmuşdur. Təəssüflər olsun ki, 6 il davam edən müharibədə, müəyyən obyektiv və subyektiv səbəblərə görə, torpaqlarımızın bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşmüşdür. Şübhəsiz ki, bu, Azərbaycanın sosial-iqtisadi vəziyyətinə ağır zərbə vurur. Ona görə də sənayemizdə görüləcək işlərin bir çoxunu vaxtında həyata keçirmək mümkün olmur, yaxud da sənaye istehsalında əldə edilən vəsaitin bir hissəsi onun inkişafına deyil, respublikanın müdafiəsinə yönəldilir. Bu da təbiidir. Biz Azərbaycanın müstəqilliyini, torpaqlarımızı qorumalı, respublikamızın ərazi bütövlüyünə nail olmalıyıq. Ona görə də müharibənin əzab-əziyyətinə dözməliyik”.

Müasir müstəqil Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər, gənclərlə, o cümlədən ali məktəblərə qəbul olmuş birinci kurs tələbələri ilə görüşür, onlara tövsiyələrini verirdi. Ulu Öndər çıxışlarında gənc nəslin Azərbaycanın gələcəyi olmasını vurğulayaraq deyirdi: “Gənc nəsil gəlir. Bu, Azərbaycanın gələcəyidir. Ali məktəblərə daxil olan gənclər Azərbaycanın elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğıkeş münasibət göstərmək, başlıcası isə yaxşı təhsil vermək, ali məktəblərdə mənəvi mühiti möhkəmləndirmək, gənclərimizi gələcəkdə müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlamaq – bunlar ali məktəblərin professor və müəllim heyətinin, bütün ali məktəb işçilərinin müqəddəs vəzifəsidir”.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 4-cü kitabında tanış ola bilər.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.




Baxış sayı: 130
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031