FACT-INFO.AZ » XƏBƏR » Əlif terrorçulara qarşı çox amansız idi
6-02-2025, 14:30 | XƏBƏR
Əlif terrorçulara qarşı çox amansız idi

Azərbaycanın ləyaqətli, qorxmaz və vətənpərvər oğullarından söhbət düşəndə Əlif Hacıyevin də adı hörmətlə çəkilir. Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyun ayının 24-də Qarabağın dilbər guşələrindən olan Xocalıda doğulub. O, uşaq yaşlarından zəhmətə alışmışdı. 1970-ci ildə orta məktəbi bitirmiş, Xankəndi şəhərindəki peşə məktəblərindən birində sürücülük peşəsinə yiyələnmişdi. 1971-1973-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. O, 1976-cı ildə SSRİ DİN Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə bu təhsil ocağını bitirmişdir. 1981-ci ildə təhsilini SSRİ DİN-in Milis (Polis) Akademiyasında davam etdirmişdir. O, Dağlıq Qarabağda milis(polis) əməkdaşı olaraq işlədiyi zaman erməni terrorçularına və onların havadarlarına qarşı çox amansız idi. Buna görə saxta ittihamlarla Ə.Hacıyevi həbs etdilər. Cəsur insan 10 il müddətinə azadlıqdan məhrum edildi.1987-ci ildə Ə.Hacıyevin cəzasına baxıldı.Onun cəzası 10 ildən 6 ilə endirildi. Daha sonra isə bəraət aldı və azadlığa çıxdı. 1990-cı ildə Azərbaycan Respublikası DİN Rəhbərliyi tərəfindən o, polis orqanlarına bərpa edildi. Əlif bəy Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edildi. 1991-ci ildə nümunəvi xidmətlərə görə növbədənkənar mayor rütbəsi aldı.

Həqiqətən də bu insanın gözündə qorxu yox idi. Çalışırdı ki, ən çətin əməliyyatlarda özü iştirak etsin.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımı baş verəndə cəsur komandir Ə.Hacıyev iş başında idi.Düşmən tərəf öz din qardaşlarının köməyilə hər tərəfdən Xocalıya doğru hücuma keçmişdilər. Əlif bəy rəhbərlik etdiyi dəstə ilə səhər saat 5-ə kimi erməni terrorçularına qarşı mübarizə apardı. O, silahdaşları Tofiq Hüseynov, Aqil Quliyev, Füzuli Rüstəmov, Araz Səlimov və digər şəxslərlə birlikdə dinc əhalinin Ağdam istiqamətinə çatdırılması üçün var qüvvəsilə çalışırdı. Avtomatın qundağında güllələr qurtarmışdı. Onu dəyişən zaman qəfildən açılan atəş nəticəsində şəhid oldu. Düşmən tərəf Ə.Hacıyevin meyidini tapana və ya onu sağ ələ keçirənə pul mükafatı verəcəyini bildirmişdi. İgid oğullarımızın sayəsində həm Əlif Hacıyev, həm də, Tofiq Hüseynov, Aqil Quliyev, Füzuli Rüstəmov .kimi qəhrəman oğulların meyidləri savaş meydanından çıxarıldı. Dövlət Başçısının Fərmanı ilə onların hər birinə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Əlif Hacıyev ailəli idi, iki övladı yadigar qalıb: Zərinə və İradə.Ailəsi hazırda Bakıda yaşayır. Bakının Nizami rayonundakı küçələrdən birinə Əlif Hacıyevin adı verilib.

Ruhu şad, məkanı Cənnət olsun. Amin.

Şamil Sabiroğlu, jurnalist.




Baxış sayı: 620
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30