İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir.
Fact-info.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib.
O xatırladıb ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib:
"Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur".
"Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.
Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib", - deyə o vurğulayıb.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
