FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Süni intellekt ürək xəstəliklərinin diaqnozunda mühüm rol oynayacaq
6-02-2025, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Süni intellekt ürək xəstəliklərinin diaqnozunda mühüm rol oynayacaq

Son illərdə süni intellekt texnologiyalarının tibb sahəsində geniş tətbiq tapması ürək xəstəliklərinin erkən diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olub. Türkiyə Sağlamlıq İnstitutları İdarəsinin (TÜSEB) prezidenti və Türk Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin (TKDCD) vitse-prezidenti professor Ümit Kervan süni intellektin bu sahədə oynadığı rola dair açıqlama verib.

Anadolu Agentliyi xəbər verir ki, professor süni intellektin artıq ürək-damar tibbində yalnız köməkçi vasitə olmadığını, eyni zamanda, bu sahədə əsaslı dəyişikliklərə yol açan mühüm texnologiyaya çevrildiyini vurğulayıb. O qeyd edib ki, süni intellekt diaqnoz və müalicə proseslərini sürətləndirərək onların dəqiqliyini artırır. Məsələn, süni intellekt texnologiyası ilə hazırlanmış proqram təminatı ürək çatışmazlığını 90 faizdən çox dəqiqliklə təyin edə bilir və diaqnoz prosesini 80 faiz qısaldır. Süni intellektin ənənəvi diaqnostik üsullara gətirdiyi yeniliklərdən biri də ağıllı stetoskopların inkişaf etdirilməsidir. Bu cihazlar ürək səslərini analiz edərək geniş məlumat bazaları ilə müqayisə aparır və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Bununla yanaşı, exokardioqrafiya təsvirlərinin əldə edilməsi sahəsində süni intellektin tətbiqi də əhəmiyyətli dəyişikliklərə səbəb olub. Əvvəllər bu prosesin şərhi yalnız təcrübəli kardioloqlar tərəfindən mümkün olduğu halda, hazırda süni intellektin tətbiqi ilə 90 faizlik dəqiqlik əldə edilir.

Professor Kervan süni intellektin ürək-damar cərrahiyyəsində də əhəmiyyətli dəyişikliklər yaratdığını bildirib. Xüsusilə, CT angioqrafiya müayinələrində süni intellektin tətbiqi ilə xəstənin koronar arteriyalarının virtual 3D modeli yaradılır. Bu metod tıxanma və digər problemlərin daha sürətli aşkarlanmasına, eyni zamanda, diaqnostik prosesin daha qısa müddətdə aparılmasına şərait yaradır.

Bundan əlavə, süni intellektin fərdi müalicə yanaşmalarının inkişafında da mühüm rol oynadığı vurğulanıb. Süni intellekt xəstələrin tibbi tarixçəsini, laborator analiz nəticələrini və genetik profillərini analiz edərək fərdi müalicə strategiyalarını müəyyən edə bilir. Bu yanaşma xüsusilə ürək çatışmazlığı olan xəstələr üçün müalicə effektivliyini artırır. Ürək böhranları zamanı vaxt faktoru həyati əhəmiyyət daşıdığı üçün süni intellektin bu sahədə istifadəsi insan həyatını xilas edə biləcək mühüm amil kimi qiymətləndirilir. Ü.Kervanın sözlərinə görə, süni intellekt inteqrasiya olunmuş EKQ cihazları infarkt əlamətlərini anında aşkar edərək təcili tibbi müdaxilənin daha sürətli və effektiv olmasına imkan yaradır.

Geyiniləbilən texnologiyalar sahəsində də süni intellekt mühüm yeniliklər təqdim edir. Ağıllı saatlar və digər geyiniləbilən cihazlar artıq ürək ritmi pozuntularını, xüsusilə, atrial fibrilasiyanı (AFib) yüksək dəqiqliklə təyin edə bilir. Ü.Kervan qeyd edib ki, bu cihazlar ürək xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına və preventiv tədbirlərin görülməsinə imkan yaradır.

Süni intellekt texnologiyalarının ürək-damar xəstəliklərinin diaqnozunda, müalicəsində və cərrahiyyəsində oynadığı rol getdikcə artmaqdadır. Ümit Kervanın vurğuladığı kimi, süni intellekt həkimlərin yerini tutmaq üçün deyil, onların qərarvermə prosesini dəstəkləmək və təkmilləşdirmək üçün inkişaf etdirilir. Xüsusilə, diaqnostik dəqiqliyin artırılması, fərdi müalicə yanaşmalarının inkişafı və təcili tibbi xidmətlərdə süni intellektin tətbiqi ürək xəstəliklərinin daha effektiv idarə olunmasına şərait yaradır.




Baxış sayı: 135
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30