“Bu gün Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmir yolları arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına, o cümlədən Orta Dəhliz layihəsinin həyata keçirilməsinə geniş imkan yaradıb”.
Fact-info.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirib.
Baş nazirin qeyd etdiyi kimi, Orta Dəhliz marşrutu Çindən Avropaya və əks istiqamətə konteyner daşımaları üçün istifadə olunan çox mühüm layihədir. Görüşdə bildirilib ki, Orta Dəhlizin inkişafının təşviqi və əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur.
İrakli Kobaxidze Qazaxıstanın enerji resurslarının, xüsusilə neft və neft məhsullarının Gürcüstanın nəqliyyat infrastrukturu və Qara dəniz limanları vasitəsilə nəqlinin artırılması perspektivlərini yüksək qiymətləndirib.
Baxış sayı: 115
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
