FACT-INFO.AZ » XƏBƏR » “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” kitabının təqdimatı keçirilib
5-02-2025, 16:30 | XƏBƏR
“Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” kitabının təqdimatı keçirilib

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ki, Ermənistan və erməni diasporu tərəfindən irəli sürülən bəzi narrativlər- hadisələrin guya 1988-ci ildə Sumqayıt hadisələrindən sonra başlaması, xalqların müqəddəratı prinsipinin qabardılması- erməni irredentizminin tarixinə yenidən nəzər salınmasını vacib edən amillərdir. BMTM sədri azərbaycanlıların ermənilər tərəfindən sistematik  və zorakı şəkildə doğma yurdlarından qovulmasının bu irredentizm siyasətinin bir parçası olduğunu,  Ermənistan  xarici işlər naziri Ararat Mirzoyan tərəfindən qərbi azərbaycanlılara guya kompensasiya verilməsi ilə bağlı açıqlamasının isə onların bu siyasətdən əl çəkmədikləri və ya haqq qazandırdıqlarını sübut etdiyini diqqətə çatdırdı.

Milli Məclisin vitse-spikeri Musa Qasımlı kitabın xronoloji qanunauyğunluğuna diqqət çəkərək əsərin tarixşünaslığımızda xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan tarixində ilk dəfə olaraq Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bütün ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi. Böyük imperiyalar tərəfindən himayə olunan erməni irredentizmi XIX əsrin sonlarından başlayaraq Cənubi Qafqazda soyqırımı və terror planlarını həyata keçirərək vahid türk dünyasının yaranmasına qarşı istifadə edilib.

“40-cı illərdə onlar “vahid axın” nəzəriyyəsini irəli sürdülər. Erməni siyasi partiyaları aralarındakı ixtilafları kənara qoyaraq vahid amal -Türkiyədən torpaq və təzminat, Naxçıvan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ilhaqı ideyası ətrafında birləşdilər”, - vitse-spikeri əlavə edib.

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev kitabda erməni diasporunun arxivlərinə və erməni müəlliflərin əsərlərinə müraciət edilməsini müsbət hal olaraq dəyərləndirib. O, erməni irredentizminin yayılmasına rəvac verən amillərdən biri kimi Sovet dövründə Qarabağın tarixi ilə əsasən erməni müəlliflərin məşğul olmasını qeyd edib. Onun sözlərinə görə, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə vacib araşdırmalar aparılıb və informasiya müharibəsinin tərkib hissəsi olaraq geniş istifadə edilib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Nazim Mustafa kitabın yeni baxış ortaya qoyduğunu və bir çox məqamın tarixşünaslığımızda ilk dəfə bu əsərdə əksini tapdığını bildirib: “Erməni irredentizminin şifrələri bu kitabda açılıb”.

Erməni irredentizmin xronikasına qısa olaraq nəzər salan N. Mustafa Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zaman səsləndirdiyi fikirlərin bu siyasətin tərkib hissəsi olduğunu vurğulayıb.

Kitabın müəllifi, BMTM-in şöbə müdiri Cavid Vəliyev kitabın yazılması zamanı hadisələrin beynəlxalq münasibətlər və xarici siyasət aspektindən nəzəri təhlilinin əsas tutulduğunu deyib.

Qeyd edək ki, kitabın ingilis dilinə tərcüməsi planlaşdırılır.




Baxış sayı: 195
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30