Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq rəssamı Əşrəf Heybətinin “Türk dünyası” adlı sərgisinin açılış mərasimi olub.
Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova sərgidə yer alan əsərlərin çoxfiqurlu və poetik kompozisiyaları ilə türk xalqlarının ruhunu, ənənələrini və yaşayış tərzini əks etdirdiyini bildirib.
Fondun bu cür layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən A.Raimkulova deyib: “Əsərlər Türk dünyasının tarixinin və eposlarının görkəmli nümayəndələri – Dədə Qorqud, Şah İsmayıl, Atilla və başqalarının obrazlarını canlandırır. Onların rəngarəngliyi və incə işlənmiş detallar ziyarətçilərə türk mədəni irsini fərqli prizmadan tanıdır. Sərgi yalnız incəsənət həvəskarlarını deyil, həm də türk tarixinin, mədəniyyətinin və irsinin dəyərini anlamaq istəyən hər kəsi özünə valeh edir. Məqsədimiz mədəniyyətimizi qorumaq və beynəlxalq arenada təbliğ etməkdir”.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov vurğulayıb ki, bu sərgi bizi birləşdirən möhtəşəm bir rəmzdir.
“Əşrəf Heybəti Türk dünyasına dəyərli töhfələr vermiş görkəmli sənətkardır. O, gözəl yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətini və incəsənətini deyil, həm də bütün türk xalqlarını dünyaya tanıdır. Rəssamın yaradıcılığı rəngarəng və dərin məna daşıyan türk rəmzləri ilə zəngindir”,- deyə F.Məmmədov əlavə edib.
Sərginin müəllifi Əşrəf Heybəti rəssam kimi missiyasının türk mədəniyyətini dünyada layiqincə təbliğ etmək olduğunu söyləyib.
Baxış sayı: 150
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
