FACT-INFO.AZ » MEDİA » Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yayıb
31-01-2025, 15:00 | MEDİA
Mətbuat Şurası mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı açıqlama yayıb

Mətbuat Şurası dəfələrlə jurnalistlərə, media orqanlarına cəmiyyət həyatında baş verən hadisə və prosesləri işıqlandırarkən həssas davranmalarını tövsiyə edib. Son dövrlər apardığımız müşahidələr həssaslığın xüsusilə məhkəmə proseslərinə münasibətdə göstərilməsi zərurətini ön plana çıxarır. Fact-info.az xəbər verir ki, bu fikirlər Məbuat Şurasının mediada məhkəmə proseslərinin işıqlandırılması halları ilə bağlı yaydığı açıqlamasında yer alıb.

Açıqlamada bildirilir: “Əlbəttə, məhkəmə orqanları mövcud instansiyalardakı çəkişmələrin predmetlərindən və digər məqamlardan asılı olaraq, proseslərin açıq və ya qapalı keçirilməsinə qərar vermək səlahiyyətindədirlər. Hər iki halda medianın cəmiyyətə informasiya vermək hüququ var və bu zaman başlıca amil ictimailik dərəcəsinin əsas götürülməsidir. Yəni, nəzərə alınmalıdır ki, konkret məhkəmə prosesinin işıqlandırılması cəmiyyətə nə verəcək, nəyi aşılayacaq?

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda yayımlanmış materialların ictimai əhəmiyyət kriteriyasına cavab verdiyi hallar göstərilib. Bunlar sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılmasıdır. Söhbət məhkəmələrdən gedirsə, mühüm tələb təqsirsizlik prezumpsiyasına əməl edilməsidir ki, bu və həmçinin dəqiqliyin və qərəzsizliyin gözlənilməsinin vacibliyi də qaydalarda əksini tapıb.

Təəssüf ki, medianın məhkəmə proseslərinin işıqlandırılmasına yanaşmasında həssaslıq parametrlərinin zəif nəzərə alındığını, bəzən isə heç nəzərə alınmadığını görürük. Xarakterik hallardan biri də ittiham aktlarındakı ayrı-ayrı məqamların kontekstdən çıxarılaraq sərlövhələrə daşınmasıdır. Bəzən başlıqlara diqqət yetirəndə media materialının çıxarılmış konkret hökm olması təəssüratı yaranır. Halbuki, yekunda veriləcək məhkəmə qərarının ittiham aktında göstərilənlərlə uyğun olmaması ehtimalları var.

Digər tərəfdən, hesab edirik ki, jurnalistlərin məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı həssaslığı baxımından başlıca tələb ədalət instansiyasında müzakirəsi aparılan işin özünün spesifikasının nəzərə alınmasıdır. Bu tələb gözlənilmədikdə hansısa həssas məsələ ətrafında onsuz da mövcud olan gərgin durum yeni xoşagəlməz ab-havanın formalaşmasına, fərqli interpretasiyaların dövriyyəyə girməsinə, nəticədə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.

Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir. Ona görə də məhkəmə prosesləri ilə bağlı təqdimatlarda bütün təfərrüatlar və incəliklər, hətta region və bölgənin xüsusiyyətləri, insanların emosional-psixoloji durumları ciddi şəkildə nəzərə alınmalıdır. Ən böyük peşəkarlıq budur və jurnalistlərimizi ümumən bütün məsələlərə yanaşmada, o cümlədən, məhkəmə proseslərinin işıqlandırılmasında peşəkarlığa çağırırıq. Peşəkarlıqla demokratik cəmiyyət quruculuğuna töhfə verək ki, insanlarda haqq və ədalət gözləntiləri sarsılmasın, onlar həyatdan küsməsinlər.”

 




Baxış sayı: 235
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Bu gün, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30