Berlinin ev sahibliyi etdiyi 89-cu “Beynəlxalq Yaşıl Həftə” sərgisinə yekun vurulub.
Fact-info.az xəbər verir ki, yanvarın 17-də başlayan sərgidə 60 ölkədən 1400 istehsalçı öz məhsullarını nümayiş etdirib.
Kənd təsərrüfatı, bağçılıq və ərzaq məhsulları sahələrində dünyanın ən mötəbər sərgilərindən olan “Berlin Beynəlxalq Yaşıl Həftə” sərgisini gözləniləndən çox - 310 min nəfər ziyarət edib. Ziyarətçilər arasında siyasət və biznes dünyasından tanınmış şəxslər, o cümlədən federal hökumətin altı naziri, Avropa Komissiyasının bir komissarı da olub.
On gün ərzində “Beynəlxalq Yaşıl Həftə” çərçivəsində kənd təsərrüfatı və qida sənayesi ilə bağlı mühüm mövzularda 300-dən çox tədbir, o cümlədən forum, konfrans, iclas, seminar, təlimlər keçirilib. Bu tədbirlərdən ən önəmlisi Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi (BMEL) tərəfindən təşkil edilən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum (GFFA) olub. “Bioiqtisadiyyatın davamlı şəkildə formalaşdırılması” mövzusuna həsr olunan forumda 60-dan çox ölkədən 2 minə yaxın ekspert qlobal kənd təsərrüfatı və qida sənayesinin qarşısında duran əsas problemləri müzakirə edib. Forumun yekun bəyannaməsində digər məsələlərlə yanaşı, Paris İqlim Sazişinə və Biomüxtəliflik Konvensiyasına sadiqlik bir daha ifadə olunub.
Baxış sayı: 150
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
