Bu gün Azərbaycan Ordusunun keçirdiyi və uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür.
1992-ci il yanvarın 25-dən 26-na keçən gecə Şuşanın Daşaltı kəndinin işğaldan azad edilməsi məqsədilə əməliyyat təşkil edilmişdi. Şıxov taborunun 200 əsgəri əməliyyata cəlb olunmuş, rəhbərlik isə sabiq müdafiə naziri Tacəddin Mehdiyevə həvalə edilmişdi. Əməliyyat zamanı sərt hava şəraiti, əlaqənin zəif qurulması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğun əsas səbəbləri oldu.
Düşmən pusqusuna düşən Azərbaycan Ordusu ağır itkilər verdi.
28 il sonra Azərbaycan Ordusu Daşaltı əməliyyatının yarımçıq qalmış missiyasını tamamladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi çərçivəsində noyabrın 9-da Daşaltı kəndi işğaldan azad edildi. Bununla da tarixi ədalət bərpa olundu, şəhidlərin qisası alındı.
Baxış sayı: 125
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
