FACT-INFO.AZ » SİYASƏT » Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir
24-01-2025, 18:00 | SİYASƏT
Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistanda rəsmi səfərdədir.

Müdafiə Sənayesi Nazirliyindən Fact-info.az-a bildirilib ki, yanvarın 23-də Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri - xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirak ediblər.

Pakistan Prezidenti görüşdə dost və qardaş ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Pakistanın və Azərbaycanın mənafelərinin təmin olunmasına layiqli töhfələrini verən Birgə Komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Nazir V.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidentinə və xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb. Nazir Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti barədə məlumat verərək, bu təsisatın Azərbaycan və Pakistan arasında çoxşaxəli əməkdaşlığın inkişafında, müştərək məqsədlərin real nəticələrə çevrilməsinin təmin edilməsində mühüm rol oynadığını bildirib.

V.Mustafayev Birgə Komissiya vasitəsilə qəbul olunan qərarların və əldə edilən razılaşmaların gələcəkdə ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 60
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30