FACT-INFO.AZ » MƏDƏNİYYƏT » ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib
24-01-2025, 16:30 | MƏDƏNİYYƏT
ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dramaturq və şair Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən hazırlanmış "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının təqdimatı keçirilib.

Tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs edib. A.Zamanov C.Cabbarlının əsərlərinin Türk dünyasına verdiyi dəyərli mesajlarla zəngin olduğunu vurğulayaraq, bu cür nəşrlərin təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün böyük mədəni irsin qorunub saxlanılmasına xidmət etdiyini deyib. Prorektor təqdim edilən kitabın drammaturqun ədəbi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi, "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının redaktoru Elçin Qafarlı dramaturqun yaradıcılığının Türk dünyası üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, kitabda C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı 7 pyesin türk dilinə tərcüməsi yer alıb. Qeyd edilib ki, ötən ilin dekabrında Ankara şəhərində kitabın geniş təqdimatı keçirilib.

Daha sonra Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilmiş sənədli film nümayiş olunub, ədibin “Ana” şeiri səsləndirilib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov isə “Cəfər Cabbarlı yaradıcılığı metodoloji kontekstdə” mövzularında məruzə ilə çıxış ediblər.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, yazıçının nəvəsi Qəmər Bağırova babasının zəngin irsi, həyat və yaradıcılığının müxtəlif dövrləri haqqında ətraflı məlumat verib, muzeyin gördüyü işlər, C.Cabbarlının irsinin qorunması və təbliği istiqamətində atılan addımlar barədə danışıb.




Baxış sayı: 95
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30