Cənubi Koreyanın hərbi kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Rusiyaya əlavə qoşunlar göndərmək üçün hazırlığı sürətləndirdiyini bəyan edib.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı məsələyə dair açıqlama yayaraq, Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdən vuruşmaq üçün 4 ay əvvəl göndərilmiş ilk hərbçilər arasında çoxsaylı itkilər və əsirlərin olmasına baxmayaraq, Pxenyanın yenidən Rusiyaya hərbçilər göndərməyə hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, Seul və Vaşinqton Şimali Koreyanı Rusiyaya təxminən 11 min nəfərlik qoşun göndərməkdə ittiham edir. Cənubi Koreya kəşfiyyatı döyüşlərə cəlb olunan şimali koreyalı hərbçilərdən ən azı 300-nün öldüyünü, 2700 nəfərinin isə yaralandığını düşünür.
Ukrayna tərəfi döyüşlər zamanı 2 koreyalı əsgərin əsir götürüldüyünü açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski əsir götürülən əsgərləri Şimali Koreyaya təhvil verməyə hazır olduğunu bildirib. O, əsirlərin qaytarılmasına şərt olaraq KXDR lideri Kim Çen Inın Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin dəyişdirilməsinə nail olmasını istəyib.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
