FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir
24-01-2025, 10:00 | SİYASƏT
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə adekvat risklərin idarə edilməsi modeli formalaşdırılacaq.

Fact-info.az Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir ki, bu məsələ qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankının (AMB) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin rəhbərliyinin, yerli bankların rəhbərlərinin və komplayens üzrə mütəxəssislərinin iştitrakı ilə keçirilmiş görüşdə müzakirə edilib.

Tədbirdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi zamanı bankların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. 60-dan çox nümayəndənin iştirak etdiyi toplantı müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsinə yönələn növbəti addım kimi yüksək qiymətləndirilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Maliyyə Tədbirləri üzrə İşçi Qrupu tərəfindən müəyyən edilmiş beynəlxalq standartlar və bu standartlara uyğun yerli qanunvericilik barədə ümumi məlumat, habelə Maliyyə Monitorinqi Xidmətinin risk-əsaslı tədbirlərə münasibətdə konseptual yanaşması iclas iştirakçılarına təqdim edilib.

Təqdimatdan sonra iştirakçılar arasında mövzu üzrə qarşılıqlı fikir mübadiləsi və müzakirələr davam edib. Müzakirələr nəticəsində razılığa gəlinib ki, adekvat risklərin idarə edilməsi modelinin formalaşdırılması qanunvericiliyin beynəlxalq standartlara uyğun şəkildə tətbiqi üçün şərait yaradacaq.

Yekunda sözügedən modelin yaradılması və inkişaf etdirilməsində Maliyyə Monitorinqi Xidməti, AMB və ABA-nın nümayəndələrindən ibarət işçi qrupun fəaliyyətinin davam etdirilməsi razılaşdırılıb.




Baxış sayı: 100
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30