“İrs” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.
Fact-info.az xəbər verir ki, jurnalda Azərbaycan reallıqları, habelə ölkəmizin milli-mədəni mirası, o cümlədən tarixi və mədəniyyəti haqqında məlumatlar təqdim edilib.
Nəşrdə, həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, Azərbaycanın tarixi memarlıq abidələri haqqında məqalələr yer alıb.
Buraxılışda Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabenin iki ölkə arasında əməkdaşlığa dair məqaləsi də verilib.
Qeyd edək ki, “İrs” jurnalı xalqımızın tarixi, mədəniyyəti, incəsənəti və milli-mədəni irs nümunələrinin təbliğində, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Jurnalın nüsxələri Yaponiyanın dövlət və hökumət qurumlarına, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilir, habelə ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.
Baxış sayı: 165
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
