Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı danışıqlarda bildirib ki, “Məşvərətçi “3+3” formatının fəaliyyət göstərməsində maraqlı olduğumuzu təsdiq etdik. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan Gürcüstan və onların üç qonşusu – Rusiya, İran və Türkiyə. Bu platformanı çox perspektivli hesab edirik”.
Rusiyalı nazir onu da qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına kömək etməyə hazırdır. O vurğulayıb: “Biz İrəvan və Bakının maraqlı olacaqları təqdirdə normallaşmanın bütün istiqamətləri, o cümlədən sülh sazişinin müddəalarının hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat əlaqələrinin açılması və təbii ki, humanitar məsələlər üzrə onlara kömək etməyə həmişə hazır olduğumuzu təsdiq etdik”.
Baxış sayı: 145
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
