Bu gündə imperiya xülyası ilə yaşayan və o qorxulu tendensiyanı həyata keçirmək istəyənlər var. Amma xalqları, millətləri əzib bir tavan altında uzun müddət saxlamaq mümkünsüzdür. Dövlətin idarəolunmasında hüquqla bərabər ədalət yoxdursa o siyasi sistem gec-tez mütləq dağılmalıdır.
Hələ imperiyanın yaradılışı ərəfəsində, XI Qızıl Ordunun 1920-ci ilin aprelində Bakıya gələcəyi ilə bağlı Üzeyir Hacıbəyli işğaldan üç gün əvvəl, 25 apreldə “Azərbaycan” qəzetində yazırdı: “Bu işğalçı ordudur. Onlar Azərbaycanın müstəqilliyinə təhlükədir...”. Tarixin acı reallığıdır ki, bu işğal faktı 70 il davam etdi.
Bu rejim ən böyük zərbəni Azərbaycanın elitar təbəqəsinə vurdu. Mən repressiya tarixini araşdırarkən bunun bir daha şahidi oldum.
Həmin insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.
Belə qəddar imperiyanın bir gün sonunun başlanğıcı olacağı labüd idi. Bu tarix məhz 1990-cı ilin 20 Yanvarından başladı. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda təşkilatlanmasını sürətləndirməklə, faciədən sonra sovet imperiyasının bütün mənəvi və sosial dayaqlarını itirməsinə səbəb oldu. Məhz bu hadisədən sonra müstəqillik ideyası daha da dərinləşdi.
Azadlıq haqqında mühazirə oxumaq fikrində deyiləm. Amma, lakin imperiyalar xalqlara dəhşətlər, köləlik, qul təfəkkürü gətirir. Bu gün biz millət olaraq, xalq olaraq düşünməliyik ki, azadlığın, müstəqilliyin alternativi yoxdur. Bütün şəhidlərimizi ehtiramla, rəhmətlə anırıq və 20 Yanvar faciəsini törədənləri, imperiya arzusunda olanları lənətləyirik.
Əkrəm Bəydəmirli
Baxış sayı: 255
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
