FACT-INFO.AZ » XƏBƏR » Millətin ömürlük and yeri - Şəhidlər xiyabanı
20-01-2025, 11:00 | XƏBƏR
Millətin ömürlük and yeri - Şəhidlər xiyabanı

Dünyada 195 dövlət, 3000-dən çox xalqın yaşaması sübut edir ki, heç də bütün xalqlar dövlət qurmağı bacarmır. Bunun üçün çox sayda kriteriyalar tələb olunsa da, ən başlıcası milli ruh, mübarizə əzmi, müstəqillik istəyi və qurban vermə bacarığıdır. Bu sadalanan məziyyətləri Azərbaycan xalqı həm də 20 Yanvar tarixində ortaya qoymağı bacardı. Bəhs olunan keyfiyyətlər xalqımız üçün sonradan qazanılma deyil, Ön Asiya, Şərqi Anadolu, Qafqaz coğrafiyalarında şanlı dövlətçilik ənənələri yaratmağı bacaran ata-babalarımızın bizə miras qoyduğu genetik fondun məhsuludur. 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu genefondun təntənəsi oldu. Olduqca çətin geosiyasi şəraitdə qurulan AXC Qafqazdakı gələcək müstəqil dövlətçiliyimizin, bugünkü Azərbaycan Respublikasının təməli rolunda çıxış etdi.

Ömrü qısa olsa da, milli siyasi ideallar üzərində qurulmuş AXC-nin təməlində yatan əbədiyaşar dəyərlərin dirçəlişi fonunda XX əsrin sonlarına doğru vüsətlənən Milli Azadlıq Hərəkatı ilə tariximizin “Milli Dirçəliş” dövrünə qədəm qoyduq.  İmperiya buxovlarından qurtulmağa çalışan Azərbaycan xalqı təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşın nəticəsi olaraq milli dövlət quruculuğunu tamamlamağa müvəffəq oldu. Bu tarixi zaman içində baş verən savaşlar, etirazlar Azərbaycan istiqlalının yenidən əldə olunmasına xidmət etdi. Bu mənada XX əsrin sonlarında İstiqlal Mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var ki, onlardan biri də məhz 1990-cı il 20 Yanvar hadisəsi idi. Bu hadisə heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını və olmayacağını göstərdi bizə.

Mübariz ruhlu, müstəqillik amalı olan xalqlar həmişə imperialistlər tərəfindən qan içində boğulub. Sovet-rus imperiyası da öz xislətinə sadiq qalaraq azadlıq istəyən xalqları, o cümlədən, azərbaycanlıları qətliama məruz qoydu. Ancaq əsas olan odur ki, aparılan bu mübarizə hədər getmədi, tökülən qanlar yerdə qalmadı. 20 Yanvar SSRİ-nin dağılmasında həlledici rol oynadı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan insanının milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı və azadlıq düşüncəsi həmişəlik insanların düşüncəsinə hakim kəsildi. Milyonların çiynində son mənzilə yola salınan müqəddəs Şəhidlərin adı və Bakının ən uca məkanında uyuduqları Xiyaban isə millətin ömürlük and yerinə çevrildi.

O tarixi gündən 35 il keçib və artıq bu hadisəni şahidlərin dilindən eşidən yeni nəsillər yetişib. Bizlərin bu gün üçün ümdə vəzifəsi həmin bu tarixin mahiyyətini düzgün aşılamaqdır. Artıq həmin nəsillər üçün 20 Yanvar ney-kaman səsi, qərənfillərlə müşayiət olunmayacaq, uvertüralar və marşlar ilə anılacaq, kədərli sayğı duruşlarını dəyanətli-qürurlu sayğı duruşları əvəz edəcək. Demək ki, ilk addımı bizlər atmalıyıq, marşlar və cəngilər, kaman və ney səsini üstələsin deyə.

Ötən 34 illik müstəqilliyimiz ərzində xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimiz, dövlətçiliyimizin isə əmin əllərdə olması, peşəkar diplomatiya nəticəsində 44 günlük Vətən müharibəsi qələbə ilə sona çatıb, Qarabağda işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olub, ərazi bütövlüyümüz təmin edilib. Qələbə ilə yadda qalan bu fakt göstərir ki, artıq dirçəlmişik və bundan sonra öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Milli ideyalar isə tükənmir. Hər dövrün reallıqlarına uyğun yenidən formalaşır. Bu dönəm üçün ən bariz milli ideyanın nədən ibarət olduğunu müzəffər lider İlham Əliyev 2 il öncə Səmərqənddə “Mən 50 milyonluq Azərbaycan türkünün prezidentiyəm deyərkən” elan etmişdi. Bunun üçün biz güclü liderə, vətənpərvər xalqa sahibik. Gələcək dalğaların qarşısında möhkəm dayana bilmək üçün keçmişimizi də unutmamalı, tarixin şanlı səhifələrini vərəqləməyi bacarmalıyıq. Elə 20 yanvar tarixi kimi. Həmin gün öz şirin canlarını qurban vermiş müqəddəs Şəhidlərimizin parlaq və unudulmaz xatirəsini böyük sayğıyla anır, onların ruhu qarşısında ehtiramla baş əyirik.

s.e.ü.f.d. Züriyə Qarayeva

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı




Baxış sayı: 255
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30