FACT-INFO.AZ » XƏBƏR » Əcnəbi televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir
19-01-2025, 08:00 | XƏBƏR
Əcnəbi televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

Əlcəzairin ən çox baxılan televiziya kanallarından “əl-Bilad tv”-də Azərbaycan haqqında Dördhissəli sənədli filmin birinci hissəsi nümayiş olunub. Filmin növbəti bölümləri bir ay ərzində hər cümə günü tamaşaçılara təqdim olunacaq.

AZƏRTAC televiziya kanalına istinadla xəbər verir ki, ümumi həcmi 72 dəqiqə olan filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, xalçaçılıq sənəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından bəhs edilir. Bakının gözəl parklarının xalqımızın mədəniyyətinin əsas rəmzlərindən olduğu diqqətə çatdırılır.

Filmdə Azərbaycanın zəngin mədəniyyətə malik və son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrdən biri olduğu qeyd edilir. Eyni zamanda, Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı dünyanın zəngin qədim tarix və memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib. Heydər Əliyev Mərkəzi, İçərişəhər və ölkəmizin digər memarlıq abidələri əlcəzairli çəkiliş qrupunun maraqlı və özünəməxsus təqdimatında tamaşaçılara nümayiş olunur. Filmdə deyilir ki, Heydər Əliyev Mərkəzinin binası müasir memarlıq incisidir və sənətlə təbiətin harmoniyasını göstərir, eləcə də ölkəmizin inkişafına işarə edir.

Filmdə, həmçinin Qəbələnin və Şəkinin əsrarəngiz təbiət mənzərələri, mətbəxi barədə söhbət açılır.

AZƏRTAC-ın Misir üzrə xüsusi müxbiri Şıxəli Əliyev filmdə ölkəmizin memarlıq abidlərində keçmişlə müasirliyin vəhdət təşkil etdiyini, paytaxtımızda ucaldılmış abidələrin, heykəllərin tariximizin və mədəniyyətimizin böyük şəxsiyyətlərinə hörmət əlaməti olduğunu qeyd edib.

“Əl-Bilad tv”-nin yutub kanalının 6 milyona yaxın abunəçisi var.




Baxış sayı: 145
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30