FACT-INFO.AZ » XƏBƏR » Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər
18-01-2025, 11:00 | XƏBƏR
Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.

Bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" gecəsində təxminən iyirmi altı min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib.

Daha sonra Konqres üzvü 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib.

Bununla yanaşı, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu qeyd olunub.

S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri kimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verənləri tanımağa çağırış edib.

Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt dost və tərəfdaş olan Azərbaycanda "Qara Yanvar"ın 35-ci ildönümünün anıldığını bildirib.

Konqres üzvü bu dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtı Bakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlı nümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması ilə zorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

Bəyanatda R.Aderholt həmkarlarından Azərbaycanda "Qara Yanvar" hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin o, ABŞ-ın Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini qeyd edib.




Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30