ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin səlahiyyət müddəti başa çatıb.
Fact-info.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda səfirlə vida tədbirinin keçirildiyi qeyd olunub.
“ABŞ səfirliyində səfir Libbi ilə vidalaşdığımız unudulmaz axşam! Onun ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanda yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması, həqiqətən ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq. Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik!", - paylaşımda bildirilib.
Baxış sayı: 180
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
