FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb
16-01-2025, 18:30 | SİYASƏT
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb

Yanvarın 16-da xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  Fact-info.az-a bildiriblər ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.

Nazir Ceyhun Bayramov keçən ilin oktyabrında Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi, yeni hökumətin formalaşdırılması və bu hökumətin tərkibində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarına təbriklərini çatdırıb.

Görüşlər zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri və eləcə də regional gündəlikdə duran aktual məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı səviyyəsindən razılıq ifadə olunub, ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoqun əlaqələrimizin sağlam təməlini təşkil etdiyi vurğulanıb.

İki ölkənin müxtəlif dövlət qurumları arasında ənənəvi sıx təmaslar və qarşılıqlı səfərlərin, o cümlədən hökumətlərarası və parlamentlərarası praqmatik əməkdaşlığın strateji tərəfdaşlığımıza töhfəsindən bəhs olunub.

Beynəlxalq və regional formatlarda ölkələrimizin bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının təqdirəlayiq olduğu bildirilib.

Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı durumuna toxunulub, ölkələrimizin uğurlu regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin regionumuzda və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Son zamanlar Azərbaycan və Gürcüstan arasında yaşıl enerji və kommunikasiya sahələrində konkret layihələr üzrə əməli addımların atıldığı, bu layihələrin təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi ölkələrimizin əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, uzun perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi qeyd olunub.

Yanvarın 17-də Bakı şəhərində Azərbaycan və Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu - yubiley iclasının keçirilməsi fonunda ikitərəfli və regional iqtisadi-ticarət əlaqələrimizin inkişafında müsbət rol oynayan Komissiyanın vacibliyi vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərində humanitar ölçünün önəmi qeyd olunub, turizm, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinin genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin imzalanması istiqamətində göstərdiyi səylər barədə məlumat verib. Bu səylərin eyni zamanda, bütün Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşəkkülü, inklüziv regional əməkdaşlıq və inkişaf naminə edildiyi vurğulanıb.

Bununla belə, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının qalması, Ermənistanın sürətlə silahlanması və revanşizmə meyillənməsinin sülh prosesini zərbə altında qoyduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.




Baxış sayı: 150
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30