FACT-INFO.AZ » AKTUAL » Yıldız Deveci Bozkuş: Ermənistanın ikili xarici kursu regional sabitliyə problemlər vəd edir
15-01-2025, 20:00 | AKTUAL
Yıldız Deveci Bozkuş: Ermənistanın ikili xarici kursu regional sabitliyə problemlər vəd edir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin geosiyasi nəticələri Cənubi Qafqazın hüdudlarından çox-çox kənara çıxıb. Qarabağdakı məğlubiyyət Ermənistanın strategiyasına köklü şəkildə yenidən baxılmasına gətirib çıxardı. İrəvan Rusiyadan asılılığından əl çəkərək nəzərlərini Qərbə, xüsusən də Fransa və Yunanıstana, eləcə də Hindistanla dialoqa çevirdi.

Bu sözləri Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş jurnalistlərlə söhbətində Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinə baxılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Suriyadakı mövqelərinin zəifləməsi, eləcə də Ukraynadakı hərbi əməliyyatlar teatrındakı vəziyyət fonunda Moskva qlobal proseslər üçün mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda təsirini itirir. Eyni zamanda, Qərb, o cümlədən Avropa İttifaqının özü də Rusiyanın bölgədəki yerini doldurmağa çalışır.

“Şübhəsiz ki, Qərb İrəvandan öz geosiyasi vektorunun aydın konturlarını müəyyənləşdirməyi tələb edəcək. Ermənistana təzyiqlər artacaq və o, iki güc arasında qalacaq ki, bu da region üçün risklərlə bağlıdır. “İrəvanın Aİ-yə yaxınlaşmaq qərarı həm də ciddi daxili siyasi qarşıdurma dalğası ilə doludur”, -deyə türkiyəli ekspert qonşu Gürcüstandakı prosesləri misal çəkərək hesab edir.

O, Rusiya ilə sıx əlaqələri “strateji səhv” adlandıran və KTMT-dən çıxmağı tələb edən bir sıra erməni siyasətçi və politoloqlarının bəyanatlarına diqqət çəkib.

Ankara Universitetinin professoru Cənubi Qafqaz və Suriyadakı prosesləri bir-biri ilə əlaqəli adlandırıb. O əlavə edib: “Təsadüfi deyil ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanun layihəsi məhz Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin süqutundan sonra İrəvanda müzakirə olunmağa başladı”. Ekspert qeyd edib ki, İrəvanın Dəməşq və Tehranla tərəfdaşlığı Qərbdə heç vaxt “problem” səviyyəsinə qaldırılmayıb.

“ABŞ Suriyada Rusiya kontingentində erməni hərbçilərinin olmasını vaxtaşırı tənqid etsə də, bu məsələ ABŞ-Ermənistan münasibətləri üçün xüsusi narahatlıq doğuran problemə çevrilməyib. Əksinə, Qərb İrəvanı öz tərəfinə çəkməyə çalışır, həm də müxtəlif birgə təlimlər təşkil edirdi. Eyni zamanda, artıq tam aydındır ki, Ermənistanın ikili xarici kursu regionda sabitlik üçün problemlər vəd edir”, -deyə professor vurğulayıb.

Ekspert qeyd edib ki, İrəvanın xarici siyasət kartları tükənməz deyil və Ermənistan Moskva ilə Qərb arasında daim manevr edə bilməyəcək.

O, əmindir ki, Qərblə dialoqun müəyyən mərhələsində Yerevan KTMT və Aİİ ilə əməkdaşlığı dayandırmalı, həmçinin Tehranla “strateji tərəfdaşlığa” son qoymalı olacaq.




Baxış sayı: 145
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30