Almaniya müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri fonunda Ukraynaya təhvil verilən silahların, o cümlədən 20 MRAP zirehli maşını, 600 HF-1 hücum pilotsuz təyyarəsi və digər hərbi avadanlıqların siyahısı yenilənib. Fact-info.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında yer alıb.
Yeni paketə, həmçinin “Leopard 1” tankları üçün mərmilər, 139 müxtəlif tipli kəşfiyyat PUA-ları, 14 min 155 mm çaplı artilleriya, 19 min 122 mm çaplı top mərmiləri daxildir.
Çatdırılmaya hazırlıq mərhələsində 5 “Marder” piyada döyüş maşını, 9 “RCT-30” zirehli transportyoru, 18 “RCH 155” özüyeriyən artilleriya qurğusu var.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
