Türkiyə NATO-nun çox əhəmiyyətli bir üzvüdür.
Fact-info.az xəbər verir ki, bunu NATO Baş katibi Avropa Parlamentində fransalı siyasətçi Cordan Bardellanın Türkiyəni hədəf alan sualına cavabında deyib.
Bardella Türkiyəni miqrasiya böhranında fəal rol oynamaqda və suriyalı qaçqınlardan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.
Baş katib cavabında qeyd edib ki, Türkiyə və Almaniya 2016-cı ildə Avropa Birliyi Şurasına sədrlik edən Niderland ilə birlikdə qaçqın böhranı ilə bağlı razılığa gəliblər. "Bu məni çox sevindirdi, çünki həmin razılaşma Almaniya, İsveç və Niderlanda gələn suriyalı qaçqınların sayını azaltmağa imkan verdi", - deyə NATO Baş katibi bildirib.
Baş katib eyni zamanda Macarıstan Baş naziri Viktor Orbanın "Heç kim Macarıstana gəlmək istəmir, hər kəs Almaniyaya getmək istəyir" açıqlamasına istinad edib:
"Bu doğru idi. 2016-cı ildə miqrant axını 1 milyona çata bilərdi. Türkiyə ilə əldə edilən anlaşma ilə bu riskin qarşısı alındı. Türkiyə hər zaman NATO-nun dəyərli bir müttəfiqi kimi fəaliyyət göstərib və öz rolunu yerinə yetirib. Əlbəttə ki, Türkiyə öz milli maraqlarını müdafiə edir, eynilə burada, Avropa Birliyində və NATO daxilində digərlərinin etdiyi kimi. Bu, tamamilə normal bir yanaşmadır. Türkiyə Alyansın əvəzolunmaz üzvlərindən biridir."
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
