FACT-INFO.AZ » XƏBƏR » İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar
13-01-2025, 14:00 | XƏBƏR
İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar

İranda prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi geniş ictimaiyyətdə, beynəlxalq aləmdə müsbət əhval-ruhiyyə yaratmışdı. Təbii ki, cəmiyyət hər zaman yeniliyə, həyat şəraitinin yaxşılaşmasına can atır. Ona görə, İranda  islahatçı qanadın  qalib gəlməsi, xüsusilə yeni prezidentin türk olması müsbət tendensiyanı gücləndirmişdi. Amma son dövrlər adı çəkilən ölkənin mühafizəkar qanadının Anti-Azərbaycan, antitürk çıxışları Prezident Məsud Pezeşkiana olan ümidləri kölgədə qoyur.

 

Bir zamanlar bizdə ümid yaranmışdı ki,  prezident Məsud Pezeşkian türk olaraq güclənən Türk dünyası ilə səmimi əməkdaşlığa, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İranda yaşayan 40 milyona yaxın azərbaycanlıların  öz dillərində təhsil hüquqlarının təmin edilməsinə nail olacaq. Çünki böyük bir əhalinin öz ana dilində təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən prezident Məsud Pezeşkian  Azərbaycan və Türkiyə vasitəsilə nəhəng tranzit layihələrə qoşulmaq şansını dəyərləndirməklə  İranı çox ağır iqtisadi böhrandan xilas etmiş ola bilərdi.

 

Reallıq başqa mənzərəni  ortalığa çıxarır. Bu da ondan ibarətdir ki, prezident Məsud Pezeşkianın islahatçı ideyalarını gerçəyə çevirmək mühafizəkar rejimin marağında deyil. Bütün bunlar onu göstərir ki, İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar. Mühafizəkar qanadın davranışı onu göstərir ki, bu ölkənin hədəflərində inkişaf, islahat, Azərbaycanla normal qonşuluq yaratmaq istəyi deyil. Təəssüf ki, həmin qüvvələr nəinki Azərbaycanın inkişafını, hətta mövcudluğunu qəbul edə bilmirlər. İranın Ermənistandakı ermənibaş səfirinin, əyalət mollasının və digərlərinin Anti-Azərbaycan çıxışları bitmir.

 

Onu da qeyd etmək lazımdır ki, dünyada geosiyasi proseslər sürətlə dəyişir. ABŞ-ın yeni  prezidenti Donald Trampın taxta çıxması bu tendensiyanı daha da gücləndirəcək. Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub və yaxud qurtulmayacağını isə demək çətindir.  

 

Əkrəm Bəydəmirli 

 




Baxış sayı: 270
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30