Solçu partiyaların "Yeni Xalq Cəbhəsi" alyansı yanvarın 16-da Fransa Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə çağıra bilər.
Fact-info.az "Report" a istinadən xəbər verir ki, bu barədə solçu deputat Erik Kokerel TF1-də bildirib.
Hökumətə etimad göstərməmək üçün müvafiq qətnaməni parlamentin 577 deputatından 289-u dəstəkləməlidir. "Yeni Xalq Cəbhəsi"nin 215 mandatı var və onun demarşı digər partiyaların dəstəyi olmadan uğurlu ola bilməz.
Kokerel sağçı müxalifətin də səsverməyə qoşulacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Fransua Bayru yanvarın 14-də parlamentdə əsas siyasət vektorlarını açıqlamalıdır. Solçu müxaliflər Baş nazirin siyasi bəyannaməsindən sonra ənənəvi etimad səsverməsinin keçirilməyəcəyi təqdirdə, ona qarşı impiçment prosesinə başlayacaqlarını bildiriblər.
Baxış sayı: 210
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
