Bizim Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini müvəqqəti olaraq gündəmə gətirməməyimiz Avropaya inteqrasiya prosesini davam etdirməməyimiz və ya Avropa İttifaqının bir hissəsi olmaq istəməməyimiz demək deyil. Biz sadəcə olaraq, bu mövzunun daxili qütbləşmə və Gürcüstanda sabitliyə təhlükə yaradan qrupların siyasi məqsədləri üçün istifadə olunmasının qarşısını almaq istəyirik.
Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bolqarıstan Milli Televiziyasına müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Gürcüstan həm Avropa, həm də bu regionun digər ölkələri üçün çox mühüm coğrafi mövqeyə malikdir. Xüsusən də Rusiyanın Ukraynaya hərbi təcavüzündən və regionda baş verən proseslərdən sonra bu mövqe daha da önəmli olub.
Nazir deyib ki, Gürcüstan sadiq, etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib.
O, təhlükəsizlik çağırışlarından və ölkəsi üçün sülhün vacibliyindən də danışıb. Bildirib ki, Gürcüstan yaxşı vəziyyətdə deyil. Hələ də iki rayonu işğal altındadır, həmin ərazilərdə xarici ölkənin hərbi hissələri yerləşdirilib və təhlükə virtual deyil. Bu, çox realdır və buna görə də Gürcüstan ekzistensial problemlər və çağırışlar yarada biləcək vəziyyətə düşməmək üçün bir çox şeylərdə çox diqqətli davranır.
Baxış sayı: 135
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media
