FACT-INFO.AZ » XƏBƏR » Milli-mənəvi dəyərlərimizin sosial şəbəkələrdə itirilməsinin qarşısını almalıyıq
11-01-2025, 10:00 | XƏBƏR
Milli-mənəvi dəyərlərimizin sosial şəbəkələrdə itirilməsinin qarşısını almalıyıq

Azərbaycan zəngin milli, əxlaqi və mənəvi dəyərlərə malik qədim dövlətdir. Ölkəmiz bəşər sivilizasiyasına bu istiqamətdə əvəzsiz töhfələr vermiş, milli adət-ənənələrini qorumaq, gələcək nəsillərə ötürmək və yüksək mənəviyyatı ilə daim diqqət mərkəzində olmuşdur. Min illər boyu formalaşan milli adət-ənənələrimiz millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd edilməlidir. Son vaxtlar sosial şəbəkələrdə baş verən bəzi xoşagəlməz hadisələr bir daha təsdiqləyir ki, gənclərimiz arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində daha çox maarifləndirilmə işləri görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi yaxın vaxtlarda Daxili İşlər Nazirliyinin Baş İdarəsi tərəfindən sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyata münasibət bildirərək deyib ki, bu, vaxtında atılmış bir addımdır: “Artıq sosial şəbəkələrdə, xüsusilə, “Tik-Tok”da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaq, internet vasitəsilə onlayn qumar oyunları təşkil etmək və digər bu kimi vasitələr milli-mənəvi dəyərlərimizə, yetişən gənc nəslin əxlaqına ciddi zərbə vurur, azərbaycançılıq ideyasına ləkə gətirir. Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə zidd olan və oyunların təşkil olunmasının qarşısının alınmasını yüksək dəyərləndirirəm, DİN-in bu istiqamətdəki əməliyyatları alqışa layiqdir. Unutmamalıyıq ki, bir milləti digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onun milli-mənəvi dəyərləridir. Hər birimiz fəxr etməli, qürur duymalıyıq ki, bizim böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətənimiz var. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Ç.Qənizadə deyib ki, son vaxtlar müxtəlif televiziya və internet kanallarında baş alıb gedən özbaşınalıq, efir, danışıq mədəniyyəti olmayanları telekanallara toplamaq sonda milli dəyərlərimizin aşağılanmasına gətirib çıxarır.

Reytinq və daha çox izləyici toplamaq xatirinə özünü idarə edə bilməyənləri efirlərə çıxarmaq yetişən gənc nəslin əxlaqına pis təsir göstərir, eyni zamanda, adət-ənənələrimizi gözdən salır. Təəssüf edirik ki, “bu şoudur” - deyib pul xatirinə tərbiyəsizliyə cəlb edilən qızlara, mənəviyyatımızı ayaq altına atanlara bahalı hədiyyələr göndərib onları daha da azğınlaşdırırlar. Gündən-günə pisləşən belə verilişlərə son qoymağın vaxtı çatıb. Söz yox ki, hazırda milli və mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Biz milli-mənəvi dəyərlərimizin sosial-şəbəkələrdə itirilməsinin qarşısının alınmasında, adət-ənənələrimizin qorunub saxlanılmasında hamılıqla mübarizə aparmalıyıq.

“Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Respublikamızın dünya birliyindəki reytinqi gündən-günə artır. Belə bir zamanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin aşağılanmasına yol verən, azərbaycançılıq ideyasına yad olan belə verilişlərin qarşısının alınmasını vacib hesab edirəm. Məhz bu baxımdan DİN-in keçirdiyi əməliyyatı çox uğurlu hesab edirəm”, - deyə hüquq müdafiəçisi bildirib.


 

 




Baxış sayı: 190
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30