Yanvarın 17-də “Nizami” Kino Mərkəzində kinotənqidçi Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filminin premyerası keçiriləcək. Fact-info.az xəbər verir ki, film, yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.
İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.
Filmin ssenaristi və quruluşçu rejissoru H.Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb.
Adı çəkilən filmdən başqa, dövlət dəstəyi ilə istehsal olunmuş daha iki – “Narqız” animasiya filminin və “Erkən hisslər” qısametrajlı bədii filmləri də təqdim ediləcək.
Baxış sayı: 240
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
