FACT-INFO.AZ » XƏBƏR » Musiqi sərhəd tanımır
10-01-2025, 16:00 | XƏBƏR
Musiqi sərhəd tanımır

Dekabr ayında, ilin xatirələrə dönən çağında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası qapılarını geniş açaraq, yeni ulduzların parladığı bir məkana çevrildi. Bu möhtəşəm ocaq, musiqi sənətinin sehrinə bürünərək, gənc istedadların səsini ucaltdı və onların bacarıqlarını musiqi dünyasına təqdim etdi. Akademiyanın divarları boyunca səslənən hər bir melodiya, sanki yeni bir dövrün başlanğıcını müjdələyir, gələcəyin musiqiçilərinin doğulmasına şahidlik edirdi.

Bu günlərdə Akademiya müxtəlif ölkələrdən və şəhərlərdən gəlmiş gənc ifaçıların bir araya topladığı yaradıcı məkana çevrilərək, musiqi bayramına ev sahibliyi etdi. Hər bir çıxış, sanki qış axşamını isidən ilham işığı kimi salonda əks-səda doğururdu. Bu tədbir, musiqiyə olan sevginin sərhəd tanımadığını və gənc musiqiçilərin istedadlarının həqiqi sənətə çevrildiyini bir daha sübut etdi.

2024-cü il 22-24 dekabr tarixlərində burada ilham və yaradıcılıq ab-havası hökm sürdü - VII Beynəlxalq "World Harmony" müsabiqəsi keçirildi. Akademiya, gənc musiqiçilərin səsi ilə ucalan canlı orkestrə çevrildi və paytaxta musiqi və incəsənət bayramı bəxş etdi. "World Harmony" müsabiqəsi yalnız istedadların nümayişi üçün bir platforma deyil, həm də bir çox gənc musiqiçinin peşəkar inkişaf yolunda mühüm addım oldu. "World Harmony" müsabiqəsi bu tədbirdə iştirak edən hər kəsin qəlbində dərin iz buraxaraq, gənc ifaçılar üçün yeni üfüqlər açan əlamətdar bir hadisəyə çevrildi. Müsabiqənin yüksək səviyyədə təşkil olunması, hər mərhələnin düşünülmüş şəkildə həyata keçirilməsi və iştirakçılara göstərilən diqqət xüsusilə qeyd olunur ki, bu da onların potensialını tam şəkildə üzə çıxarmaq üçün rahat şərait yaratdı.

Geniş ictimaiyyətin və mütəxəssislərin diqqətini cəlb edən müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Münsiflər heyətinin tərkibinə musiqi mədəniyyətinin görkəmli nümayəndələri daxil idilər. Onların yaradıcılığı və peşəkar nüfuzu öz ölkələrinin sərhədlərini aşaraq beynəlxalq aləmdə tanınırdı. Onların arasında müsabiqənin sədri - SSRİ-nın və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də yer alırdı. Onun adı uzun illərdir ki, Azərbaycan musiqi sənətinin və təhsilinin rəmzinə çevrilib. Münsiflər heyətinin həmsədri Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. O, musiqi sənətinin və təhsilinin inkişafına verdiyi töhfələr və görkəmli pedaqoji nailiyyətləri ilə tanınır.

Azərbaycan nümayəndələri ilə yanaşı, münsiflər heyətinin tərkibində zəngin təcrübəyə və geniş coğrafiyaya malik beynəlxalq ekspertlər də yer almışdılar. Onların arasında "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqinin İnkişafı İttifaqının sədri, professor Tsinino Biçikaşvili xüsusilə seçilirdi. O, gənc istedadların inkişafı və milli musiqi mədəniyyətinin dünya arenasında tanıdılması istiqamətində fəal çalışır. Münsiflər heyətinin digər üzvü Başqırdıstanın Əməkdar incəsənət xadimi, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun fortepiano sənətinin kafedra müdiri, sənətşünaslıq namizədi, professor, tanınmış pianoçu və pedaqoq Rustam Şayxutdinov idi. Litvadan olan professor Deyvidas Staponkus müsabiqəyə müxtəlif yaş qruplarından olan musiqiçilərlə iş təcrübəsini gətirmişdi. Vilnüs və Kosta-Rika Musiqi Akademiyalarını təmsil edən Ala Bendoraytiene öz pedaqoji nailiyyətləri və uğurlu beynəlxalq layihələri ilə tanınır. Münsiflər heyətində həmçinin Türkiyədən tanınmış violin ifaçısı və pedaqoq, beynəlxalq musiqi festivalları və müsabiqələrində fəal iştirak edən Bilgütay Öztürk də yer alırdı. Bu cür ulduzlardan ibarət münsiflər heyəti iştirakçıların çıxışlarının yüksək səviyyədə qiymətləndirilməsini təmin edirdi. Nüfuzlu musiqiçilərin iştirakı müsabiqənin əhəmiyyətini daha da artırırdı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti də müsabiqənin keçirilməsinə mühüm töhfə verərək tədbirin yüksək səviyyədə təşkilində fəal rol oynadılar.

Müsabiqə çərçivəsində ifaçılıq sənətinin əsas istiqamətlərini əhatə edən səkkiz nominasiya təqdim olunmuşdu ki, bu da musiqi mədəniyyətinin müxtəlifliyini və zənginliyini əks etdirirdi. İştirakçılar fortepiano, simli və nəfəsli alətlərdə ifaçılıq bacarıqlarını nümayiş etdirmiş, dirijorluq, konsertmeyster sinfi, ümumi fortepiano, kamera ansamblı və xor sənəti üzrə nominasiyalarda yarışdılar. Onlar yaş kateqoriyalarına bölünərək iştirak etdilər ki, bu da bütün iştirakçılar üçün bərabər şərait yaratmış oldu.

Müsabiqə eyni vaxtda dörd fərqli məkanda böyük uğurla keçirildi: parlaq çıxışlara şahidlik edən BMA-nın möhtəşəm Böyük zalı və Kiçik zalı, yaradıcı atmosferi ilə seçilən Tədris-məşğələ zalı və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Konsert zalında.

Nominasiyaların geniş spektri musiqi ifaçılığının demək olar ki, bütün əsas sahələrini əhatə edərək, həm solistlərə, həm də kollektivlərə özlərini göstərmək imkanı verdi. Hər bir nominasiya iştirakçılara öz fərdi bacarıqlarını nümayiş etdirməklə yanaşı, ifaçılıq texnikası, artistizm, ansambl duyumu və səhnə mədəniyyəti kimi vacib keyfiyyətlərin inkişafına da təsir göstərdi. Xüsusilə, kamera ansamblı və xor sənəti nominasiyaları iştirakçılara kollektiv iş bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı ki, bu da peşəkar musiqiçinin formalaşmasında mühüm rol oynayır. Bu yanaşma sayəsində müsabiqə gənc musiqiçilərə ifaçılıq sənətinin müxtəlif istiqamətlərində özlərini sınamaq və yeni təcrübə qazanmaq imkanı yaratdı.

Üç gün ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası gənc ifaçıların ilham dolu çıxışlarının sədaları ilə doldu. Hər bir iştirakçı öz istedadının ən parlaq cəhətlərini üzə çıxarmağa çalışırdı. Müsabiqə dinləmələri musiqi bayramına çevrilərək, iştirakçıların yüksək hazırlıq səviyyəsini və incəsənətə olan səmimi sevgisini nümayiş etdirdi.

Münsiflər heyətinin qarşısında çətin və məsuliyyətli bir vəzifə dururdu - çoxsaylı istedadlı musiqiçilər arasından ən parlaq və layiqli olanları seçmək. Bu seçim təkcə peşəkarlıq deyil, eyni zamanda musiqi sənətinin dərin anlayışını, incə dinləmə qabiliyyətini və obyektivliyi tələb edirdi. Münsiflər heyəti yüksək peşəkarlıq və diqqət nümayiş etdirərək seçim prosesini ədalətli və yüksək səviyyədə həyata keçirdi.

Münsiflər heyətinin işində xüsusi rol müsabiqənin həmsədri, professor Nərminə Quliyevaya məxsus idi. Onun ustalığı, təcrübəsi və musiqiyə olan həssas yanaşması müsabiqənin uğurla keçirilməsinə əvəzsiz töhfə verdi. Nərminə Quliyeva təkcə iştirakçıları deyil, həm də həmkarlarını ruhlandıraraq, gənc ifaçıların yaradıcılıq potensialını üzə çıxarmaq üçün zəruri olan dəstək və etimad atmosferi yaratdı. O, yalnız müsabiqənin həmsədri kimi deyil, həm də təşkilati məsələlərin bütün spektrini öz üzərinə götürərək, tədbirin hazırlanması və keçirilməsində əsas rol oynadı. Onun iştirakı ilk dəqiqələrdən hiss olunurdu - istər jüri və iştirakçıların səmimi və qonaqpərvərliklə qarşılanmasında, istərsə də müsabiqənin bütün mərhələlərinin dəqiq koordinasiyasında. Professor Nərminə Quliyevanın detallara verdiyi diqqət sayəsində müsabiqə yüksək səviyyədə keçdi və bütün iştirakçılar və tamaşaçılar üçün unudulmaz təəssüratlar buraxdı.

24 dekabr 2024-cü il tarixində isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında VII Beynəlxalq "World Harmony" müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirildi. Nərminə Quliyeva çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətindən və gənc musiqiçilər üçün yaratdığı geniş imkanlardan danışdı. O, müxtəlif nominasiya və yaş kateqoriyalarında keçirilən müsabiqənin uğurla başa çatdığını vurğuladı. Çıxışı zamanı professor N.Quliyeva müsabiqədə ənənəvi nominasiyalardan əlavə, fortepiano, simli və nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq sinfi, ümumi fortepiano və kamera ansamblı kimi yeni nominasiyaların əlavə olunmasının mühüm yenilik olduğunu qeyd etdi. Professor N.Quliyeva bu yeniliklərin "World Harmony" beynəlxalq müsabiqəsinin tarixində xüsusi yer tutduğunu və belə miqyaslı bir tədbirin məhz Azərbaycanda keçirilməsinin qürurverici olduğunu bildirdi. O, tədbirin yüksək səviyyədə təşkil olunmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, xüsusilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə, əməyi keçən hər kəsə minnətdarlığını ifadə edərək, müsabiqənin uğurla başa çatmasını yüksək qiymətləndirdi.

Nərminə Quliyeva həmçinin gənc istedadların üzə çıxarılmasında və onların inkişafında bu müsabiqənin əhəmiyyətini xüsusi vurğuladı. O, qalib ifaçıları səmimi şəkildə təbrik edərək, onlara yeni yaradıcılıq uğurları və musiqi karyeralarında daha böyük zirvələr fəth etməyi arzuladı.

Nərminə xanım çıxışını yekunlaşdırdıqdan sonra söz beynəlxalq münsiflər heyətinin üzvlərinə verildi - professorlar Tsinino Biçikaşvili, Ala Bendoraitiene və Rustam Şayxutdinov müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladılar. Onlar tədbirin gənc musiqiçilərin inkişafına verdiyi töhfədən məmnun qaldıqlarını bildirdilər və iştirakçılara gələcək yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzuladılar.

Mərasimin rəsmi hissəsindən sonra qaliblərin iştirakı ilə yüksək əhval-ruhiyyəli qala konsert keçirildi. Bu konsert müsabiqənin parlaq finalı oldu, iştirakçılar bir daha səhnədə istedadlarını nümayiş etdirərək tamaşaçılara gözəl anlar yaşatdılar. VII Beynəlxalq "World Harmony" müsabiqəsi bir daha göstərdi ki, Bakı Musiqi Akademiyası regionda istedadlı gənclərin inkişafına və musiqi mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verən aparıcı təhsil və mədəniyyət mərkəzlərindən biridir.

Mükafatlandırma mərasimində müsabiqə iştirakçıları diplomlar və sertifikatlar ilə təltif olundu. Mükafat alanlar arasında həm yerli, həm də gənc xarici ifaçılar yer aldı.

"World Harmony" müsabiqəsi yalnız yaradıcılıq yarışması deyildi, o, müxtəlif yaş qruplarından və ölkələrdən olan musiqiçiləri bir araya gətirərək, onları yeni zirvələrə ruhlandırdı. Bu tədbir, musiqiçilər arasında dostluq əlaqələrinin yaranmasına və yeni əməkdaşlıqların qurulmasına şərait yaratdı. "World Harmony" bir daha sübut etdi ki, musiqi sərhədləri aşaraq insanları birləşdirir və yeni nəsil ifaçılar üçün geniş imkanlar açır.

Biz inanırıq ki, "World Harmony" müsabiqəsi gələcəkdə də musiqi mədəniyyətinin inkişafına töhfə verməyə davam edəcək, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi üçün mühüm bir platforma olaraq qalacaq. Bu müsabiqə daha çox musiqiçini bir araya gətirərək onların yaradıcılıq potensialını genişləndirmək və peşəkar inkişafına təkan vermək missiyasını uğurla yerinə yetirəcək.

Könül NƏSİROVA

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri, Əməkdar müəllim, professor




Baxış sayı: 225
“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir Bu gün, 19:00 QHT “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib Bu gün, 18:30 Qardaş ölkədə Demokratiya və Milli Birlik Günü Bu gün, 11:30 Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır Bu gün, 10:30 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb Bu gün, 09:30 Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər Bu gün, 09:00 Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir Bu gün, 08:30 Xocavənddə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Dünən, 17:00 Hikmet Hajiyev: Azerbaijan has modernized its media environment Dünən, 16:30 Şuşa Forumu məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq Dünən, 16:30 "Bir bayatının tarixi"- Rauf Zeyni yazır Dünən, 16:00 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Dünən, 15:30 Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu Dünən, 15:30 Помощник Президента: Общество должно найти баланс между инновациями, безопасностью, родительской ответственностью и правами личности Dünən, 15:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edəcək Dünən, 13:30 Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir Dünən, 10:00 Azərbaycanın ilk qadın Xalq şairinin xatirəsi anılıb Dünən, 10:00 Əcnəbi media Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb Dünən, 09:30 Tramp: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə kompensasiya gözləyir Dünən, 08:30 Emin Hüseynov: İlin sonuna qədər Ağdamda 4-cü və 5-ci yaşayış komplekslərinə 10 min nəfərin köçürülməsi planlaşdırılır 13-07-2026, 21:00 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 13-07-2026, 21:00 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilməlidir 13-07-2026, 19:00 Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq ictimai-siyasi hadisədir 13-07-2026, 14:30 “Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi 13-07-2026, 14:30 Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib 13-07-2026, 11:30 Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik 13-07-2026, 11:30 Quterreş İranı və ABŞ-ni danışıqları təcili olaraq bərpa etməyə çağırıb 13-07-2026, 09:00 “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı virtual sərgi 13-07-2026, 09:00 Mərkəzi Komandanlıq: İranın müxtəlif bölgələrində onlarla hədəf dəqiq sursatlarla vurulub 13-07-2026, 08:30 Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb 13-07-2026, 08:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031