Ukrayna bu il müharibəni bitirmək üçün mümkün olan hər şeyi edir. Müharibənin dayandırılması Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.
Fact-info.az xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Almaniyada "Ramştayn" formatında keçirilən iclasda çıxışı zamanı bildirib.
"Bu il müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətli şəkildə başa çatması üçün mümkün olan hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız yadda saxlamalıyıq ki, müharibənin dayandırılması Rusiyanın yox, bizim ümumi məqsədimizdir - bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir", - Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.
Ukrayna Prezidenti hesab edir ki, Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilki büdcədən 25 % çox olduğu üçün onun bütün enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir.
Baxış sayı: 190
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
