FACT-INFO.AZ » CƏMİYYƏT » Sabiq prezidentlərin etirafları beynəlxalq məhkəmə üçün tutarlı dəlil olmalıdır
6-01-2025, 12:00 | CƏMİYYƏT
Sabiq prezidentlərin etirafları beynəlxalq məhkəmə üçün tutarlı dəlil olmalıdır
Ermənistanın keçmiş dövlət başçılarının etiraflarını mütəmadi olaraq eşidirik. Bu yaxınlarda hay məmləkətinin sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım faktlarını etiraf etməsi videosunu izlədik. O, 1993-cü il "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun "600 illik problem" olduğunu bildirib. Ermənistanın illər boyu apardığı siyasəti ifşa edəcək Levon Ter-Petrosyanın həmin çıxışı əslində bir çox həqiqətləri təsdiq etdi. Bütün bunlar ilk deyil.
Bəzi faktlara yenidən nəzər salaq. Vaxtilə ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq".
Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib.
Bu məqamları dəfələrlə qeyd etmişik ki, peşəkarların iştirakı ilə soyqırımı cinayətləri ilə bağlı kitabların yazılışı, sənədli filmlərin çəkilişi zəruridir. Daha bir zəruri məqam ondan ibarətdir ki, Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə və digər məkanlarda ermənilərin törətdiyi qanlı hadisələrlə bağlı beynəlxalq məhkəmələrdə davamlı iş aparılmalıdır. İctimaiyyət nümayəndələrinin, QHT-lərin bəyanatı, müraciəti lazımdır. Lakin yetərli deyil.
Daha təsiredici mexanizmlər üzərində düşünmək lazımdır. Bu mexanizmlər yalnız biri erməni cinayətlərinin beynəlxalq məhkəməyə yönəltməkdir. Təkzibolunmaz faktlar var, qanlı hadisələrdən zərər çəkən şahidlərin xeyli hissəsi sağdır. Deməli, peşəkar heyətlə, bu faktları qaldırmaqla beynəlxalq müstəvidə xeyli addımlar atmaq mümkün olar.
Məntiqli və yetərincə faktlara, sübutlara əsaslanan məhkəmə çəkişmələri yalnız ədaləti bərpa etmək üçün deyil, həm də dünyada soyqırımı törətməyə, cinayətə meylli erməni faktoruna tutarlı cavab olar.
Əkrəm Bəydəmirli



Baxış sayı: 855
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30