FACT-INFO.AZ » XƏBƏR » Süni intellekt həkimlərə intihar riskini müəyyənləşdirməyə kömək edir
4-01-2025, 11:00 | XƏBƏR
Süni intellekt həkimlərə intihar riskini müəyyənləşdirməyə kömək edir

Vanderbilt Universiteti Tibb Mərkəzində aparılan yeni bir araşdırma süni intellekt (AI) sistemlərinin həkimlərə intihar riski olan xəstələri daha effektiv müəyyənləşdirməyə yardım etdiyini və bu yolla qarşısının alınması tədbirlərini təkmilləşdirdiyini göstərir. Araşdırma Vanderbilt İntihar Cəhdi və Fikir Ehtimal modeli (VSAIL) adlı süni intellekt sisteminin tətbiqinin nəticələrini ortaya qoyur. Fact-info.az “Medical Xpress” portalına istinadla xəbər verir ki, bu sistem, elektron sağlamlıq qeydlərindən alınan məlumatları təhlil edərək paiyentin növbəti 30 gün ərzində intihar cəhdində olma ehtimalını hesablayır. Araşdırma göstərib ki, həkimləri xəbərdar edən avtomatik “pop-up” siqnalları passiv olan, sadəcə risk məlumatlarını təqdim edən sistemlərə nisbətən daha təsirlidir. Belə ki, fasiləli xəbərdarlıqlar həkimləri siqnalların 42 faizi üzrə skrininq aparmağa təşviq etdiyi halda, passiv sistemdə bu göstərici yalnız 4 faiz təşkil edib.

Araşdırma nəticələrinə əsasən, intiharla bağlı statistikaya görə, ABŞ-da hər il 100 min nəfərdən 14 min 200-ü intihar nəticəsində həyatını itirir. İntihar ABŞ-da 11-ci əsas ölüm səbəbidir. İntihar edən şəxslərin 77 faizi ölümündən bir il əvvəl tibb işçiləri ilə münasibətdə olub. Universal skrininq praktiki olaraq çətin olduğu üçün VSAIL modeli yalnız yüksək riskli xəstələri müəyyən etmək və həkimlərə diqqətli skrininq aparmaqda yardım üçün hazırlanıb. Altı aylıq araşdırma çərçivəsində 7 mindən çox pasiyent ziyarətindən 596 avtomatlaşdırılmış müayinə xəbərdarlığı yaradılıb. Təsadüfiləşdirilmiş qruplarda fasiləli xəbərdarlıqların tətbiq olunduğu hallarda həkimlər daha çox müayinə aparıblar. Bununla yanaşı, xəbərdarlıqların çoxluğu “xəbərdarlıq yorğunluğu” kimi problemlərə səbəb ola biləcəyindən, gələcək tədqiqatların bu məsələyə diqqət yetirməsi tövsiyə edilir.

Araşdırma göstərir ki, süni intellektin avtomatlaşdırılmış xəbərdarlıq sistemləri intihar riskini daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər və səhiyyə sistemlərində qarşısının alınması strategiyalarını gücləndirə bilər. Bununla belə, bu yanaşmanın effektivliyi və yan təsirləri arasında tarazlıq tapmaq vacibdir. Tədqiqatçılar oxşar sistemlərin digər tibbi sahələrdə də sınaqdan keçirilməsini tövsiyə edirlər.




Baxış sayı: 445
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30