Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın səkkizinci kitabı - “Bir qadının anatomiyası” əsəri Türkiyədə çapdan çıxıb.
Fact-info,.az xəbər verir ki, əsərdə etibar, güvən kimi dəyərlərin çətin sınaqlar qarşısında qaldığı dövrdə güclü qadın xarakterinin üzləşdiyi çətinliklərdən və onların öhdəsindən gəlmək üçün ortaya qoyulan mübarizədən bəhs olunur.
Qeyd edək ki, 32 ildir Almaniyada yaşayan yazıçının bundan əvvəl “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”, “Tükənmiş xəyalların izində”, “Ağlayan divar” və digər əsərləri çapdan çıxıb. Onun əsərləri dörd dildə üç ölkədə çap olunub. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı 2016-cı ildə İsveçdə ingilis dilində, 2019-cu ildə isə isveç dilində nəşr edilib. “Tükənmiş xəyalların izində” əsəri isə Türkiyədə çapdan çıxıb.
Müəllif əsərlərində daha çox bellestrika janrına müraciət edib. Gizli təşkilatlar, Yaxın Şərq siyasəti və digər mühüm problemlər onun əsərlərinin əsas mövzularını təşkil edir. Beş dil bilən yazıçı əsərlərini qələmə almaq üçün romanlarında adı keçən ölkələri gəzib, onların ictimai, siyasi və mədəni həyatını dərindən öyrənib, gördükləri əsasında düşüncə və təxəyyülünü romanlarında əks etdirib. Əzimə Ağalarova indiyədək dünyanın 45 ölkəsinə səyahət edib.
Baxış sayı: 225
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
